Qırmızı.az
TADEF üzvləri yeni bələdiyyə sədriylə görüşüb
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF)
İdarə Heyətinin üzvləri və Kocaeli Azərbaycan Kültür Evinin
nümayəndələri 2014-cü il martın 30-da Türkiyədə keçirilmiş
bələdiyyə seçkilərində yenidən Kocaeli Böyükşəhər Bələdiyyəsinin
sədri seçilən, Türk Dünyası Bələdiyyələr Birliyinin sədri İbrahim
Karaosmanoğlu ilə bələdiyyə binasında görüş keçirib.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar
yenidən Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri seçilən
İ.Karaosmanoğlunu təbrik edərək Kocaeli şəhərinin Türkiyədə olduğu
kimi, Azərbaycan və Türk dünyasında da öz yeri olduğunu deyib.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Böyükşəhər
Bələdiyyəsi arasındakı əməkdaşlığa toxunan TADEF sədri B.Dündar
federasiyanın fəaliyyətinə verdiyi dəstəyə görə İ.Karaosmanoğluna
minnətdarlıq edib.
Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İ.Karaosmanoğlu isə öz
növbəsində Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində
kifayət qədər əməkdaşlığın olduğunu, iqtisadi baxımdan isə bu
əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.
Kocaeli Universitetində azərbaycanlı gənclərin təhsil aldığını
xatırladan İ.Karaosmanoğlu bundan sonra da onlar üçün hər cür
təhsil almaq və təcrübə keçmək imkanlarının yaradılacağını
vurğulayıb. Bələdiyyə sədri, eyni zamanda, qarşıdakı 23 aprel
Beynəlxalq Uşaq Festivalına Azərbaycan təmsilçilərinin dəvət
olunduğunu qeyd edib.
Sonda Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli
Böyükşəhər Bələdiyyəsi arasında Kocaelidə Azərbaycanın 28 May -
Respublika Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının
91 illiyi münasibətilə birgə tədbirlərin keçirilməsi haqqında
razılıq əldə olunub. /Qafqazinfo/
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK