Qırmızı.az
Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib
Şəki rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə
alınıb.
Hadisə Şəki-Qax yolunun 14-16 kilometrliyində baş verib. Belə
ki, qəza zamanı Şəkinin Kiş kənd sakini 1965-ci il təvəllüdlü
Şirinov Məmməd Atamalı oğlu idarə etdiyi "66-BB-759" dövlət nömrə
nişanlı "VAZ-21011" markalı avtomobillə Şəkinin Göynük kəndi
istiqamətində hərəkətdə olarkən İnçə kəndi ərazisindəki sərt
döngədə idarəetməni itirib və avtomobili 10 metr hündürlükdəki
körpünün dəmir məhəccərlərini qıraraq körpüdən aşağı aşırıb.
Nəticədə avromobildə olan sürücünün həyat yoldaşı 1970-ci il
təvəllüdlü Şirinova Bahar İdris qızı, onların övladları 1992-ci il
təvəllüdlü Şirinov Namiq Məmməd oğlu, 1993-cü il təvəllüdlü Şirinov
Hümmət Məmməd oğlu və 2000-ci il təvəllüdlü Şirinova Cəlalə Məmməd
qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərbənin gücündən
sürücü elə hadisə yerindəcə dünyasını dəyişib.
Xəsarət alanlar dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına
çatdırılıb.
Qəza zamanı avtomobil tamamilə yararsız hala düşüb. Qəza şəraiti
nəzərə alınaraq hadisə yerinə FHN-in xilasediciləri cəlb
olunub.
Qəzanın baş verməsinə səbəb kimi ilkin olaraq avtomobilin yüksək
sürətlə hərəkət etməsi və idarəetmənin itirilməsi ehtimal
olunur.
Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar
aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra
bəlli olacaq.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır