Həzi Aslanovu kim öldürüb? - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Həzi Aslanovu kim öldürüb? - ARAŞDIRMA

Yasamala çıxdıqdan sonra üzü Çardaxlı istiqamətinə yol almışdıq.

Yasamala çıxdıqdan sonra üzü Çardaxlı istiqamətinə yol almışdıq.

Bu gün səfərimizin məqsədi, az qala, bir əsr əvvəl bu yollarda gəzən, Sovet İttifaqı Qəhrəmanı, Marşalın izi ilə hərəkət etmək idi.

Təbiəti zorla öz qanunlarına tabe edən insan hardan keçmişdisə orda təbiət mənasında heç bir şey qalmamışdı.

Qalan yalnız illər sonra da izini sildirməyən tarix idi.

Çardaxlıya Şəmkir tərəfdən daxil olduqdan sonra bizi köhnədən qalan daş və ağac evlər müşayiət edirdi.

Kəndin ortasında təpə kimi yerdə dayanmalı idik.

Burdan o tərəfə axtardığımızı nişan verəcək çox şey var idi.

Bu təpədə 30-40 il əvvəl bir büst qoyulmuşdu. Bu büst kiçik kəndin bütün sovetlərə səs saldığının göstəricisi idi. Bu büst həm də yad torpağında sahiblik iddiasında olan xəyanətkarlığın simvolu kimi gəlib-keçən insanlara ikrahla boylanırdı.

Bu o, idi. O, Marşal.

Adı ittifaqın bütün orden və medallarında, təltiflərində keçən Marşal.

Əzrailin peyda olması

1892-ci il dekabrın 2-də Yelizavetpol Quberniyasının Çardaxlı kəndində yaşayan Xaçaturun ailəsində bir oğul dünyaya göz açır.

Uşağa Hovannes adını verirlər.

İllərdən qaynaqlanan erməni ailə tərbiyəsi ənənəvi şəkildə Hovannesi də əhatə edir .

Tiflisdə ibtidai məktəb, Gəncədə isə texniki peşə sahəsində təhsil alan Hovannes sonralar gündəliyində yazır:

“Tiflisdən sonra Gəncə və nəhayət, dəmir yolunda işə düzəldim. Bir neçə ay sonra artıq könüllü Qafqaz süvari alayında xidmətə başladım”.

Hovannes 1917-ci ildə hərbidə gizirlik təhsili də alır.

İl 1917.

Bir gün Çarın devrilməsi xəbəri gəlir. Ətrafda yaşayan bir türk kəndindən nə səs çıxır, nə bir hərəkət olur.

Amma bir gün İrəvan tərəfdən gələn məktub bütün Çardaxlı əhalisini kəndin meydanına tökür.

Paşa ermənilərə məktub yazır.

Artıq Çar yoxdur və biz ermənilər öz dövlətimizi qurmaq üçün türklər əleyhinə müharibəyə başlayırıq.

1828-ci ilin Türkmənçay müqaviləsindən sonra İrandan gətirilib əzəli türk torpaqlarına yerləşdirilən ermənilər Çardaxlıda böyük bir kənd salır.

Şəmkirdən-Gəncəyədək Azərbaycan ayağının altında; bu tərəfdən isə cəmi Qarabağa nəzarət rıçaqı rolunu oynayan Çardaxlıya Andronik paşanın üstünə ordu göndərməyə hazırlaşırdı.

Amma nə ordu bu tərəfə gələsi oldu, nə də burda erməni qırğın törədəsi oldu.

Çar ordusu buraxıldıqdan sonra boşda qalan Hovannes artıq Daşnaksütun dəstələrinin tərkibində Andronikdən Şəmkir istiqamətində hücum üçün əmr gözləyir.

“Təki ölən türk olsun!”

İlk Erməni Respublikası elan edilən gün Hovannes general Silikovun başçılığı altında üçüncü piyada diviziyasında xidmətə başlayır və Sovet Ermənistanı qurulandan sonra isə erməni-türk cəbhəsində soyqırımlarda xidmət göstərir.

Hovannes artıq komandir kimi cəmisi bir il əvvəl yoldaş olduqları daşnaklara da qarşı mübarizəyə qoşulur.

Vaxtilə daşnaklığını unudub qırmızılara qoşulan Hovannes bu bacarığına görə sürətlə karyera nərdivanında dırmaşmağa başlayır.

Gürcüstan, Azərbaycan və Türkiyədə, eləcə də Ermənistan adlanan əzəli Azərbaycan torpaqlarında yüzlərlə türkü qanına qəltan edir.

Bu xidmətləri onun həm ermənilər, həm də ruslar qarşısında yoluna işıq salır.

İllər sürətlə ötüb-keçir.

Artıq dünya müharibəsi dünyanın qapısını döyməyə başlayır.

II Dünya müharibəsi başlamamışdan əvvəl Hovannes Xaçaturoviç Baqramyan artıq vəzifə pillələrində üzüyuxarı çıxaraq, polkovnik rütbəsinə ucalır.

Həzi Aslanov üçün tələ

1941-ci ildə müharibə başlayan kimi Ovanes Baqramyana böyük vəzifə tapşırılır və demək olar ki, müharibənin son gününə qədər o, qaynar döyüşlərdən bir addım arxada girələnməyə başlayır.

Milyonlarla insanın qanı ona yeni-yeni rütbələr və vəzifələr bəxş edir.

O, 3-cü Belarus cəbhəsi qoşunlarının və 1-ci Baltik cəbhəsinin komandiri təyin edilir.

1943-cü ildə isə 1-ci Baltik cəbhəsinin komandirliyinə keçir və burda xidmət edən general-mayor Həzi Aslanovun da rəisi olduğu 35-ci tank briqadası ona tabe olur.

Burda erməni məkri öz rolunu oynamağa başlayır. 34 yaşlı azərbaycanlının general rütbəsi alması Ovanesyanın gələcək uğurlarına və iddialarına zidd olduğu üçün onu narahat etməyə bilməzdi.

1944-cü ildəki Belarus kampaniyalarında xüsusi uğur qazanan Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adını almağa namizəd göstərilir.

Amma məhz 29 iyul günü Ovanes (Hovannes) Baqramyan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Belarus kampaniyasının əsas uğur meyarı olan Aslanov isə ikinci dəfə “Qırmızı Ulduz ” medalı ilə təltif edilir.

Aslanovun qəhrəmanlıq adını mənimsəmək istəyən Baqramyanın kini bununla da bitmir.

SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı onunla bağlı ciddi qərar verməyə tələsir.

Çünki general Aslanov artıq Baltik cəbhəsinin əsas hərbi lideri və söz sahibinə çevrilirdi.

Bu uğurlardan sonra Bağırov Stalinə zəng edərək Həzi Aslanovu yeni yaradılacaq Azərbaycan Respublikasının Müdafiə Naziri təyin edəcəyini bildirir və razılıq alır.

Burda isə artıq 4 ay idi ki, Aslanov Baqramyanın tabeliyində xidmət edirdi. O, xırda yara almışdı, yaxınlıqdakı hərbi xəstəxanada yatırdı. 1945-ci il yanvarın 23-də Baqramyan H.Aslanovu xəstəxanadan yanına çağırıb deyir: ”Səni təbrik edirəm! Böyük vəzifəyə gedirsən. Sabah Azərbaycana, Mərkəzi Komitənin sərəncamına keçirsən, bir də təbrik edirəm!" Sonra da əlavə edir: “Biz bu gün-sabah böyük hücum əməliyyatlarına başlamalıyıq. Yaxşı olardı ki, sən özün gedib hücum sahəsini təyin edəsən”.

Acı son

“Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda almanlarla döyüşdə qəhrəmancasına həlak olur”.

Bu rəsmi açıqlama idi.

Həzinin dostu Klimenkonun dediyinə görə, Aslanov Baqramyanın yanından çıxıb, öz hissəsinə gəlir və dincəlmək üçün həyətdə içində isti soba olan budkalı maşına girir. Aradan 10-15 dəqiqə keçməmiş H.Aslanov olan maşın altı lüləli minaatandan atəşə tutulur. H.Aslanov ağır yaralanır. Məsələ burasındadır ki, həmin minaatanı almanlardan bizim döyüşçülər qənimət kimi götürübmüşlər. O silah bizim öz ərazimizdə imiş, ondan ancaq bizim tərəfdən atəş açıla bilərdi. Elə təəccüb doğuran da budur".

O, vurulandan sonra 23 saat sağ qaldı.

Dostu Beqiaşvili isə daha maraqlı fakt verir. O dedi: ”H.Aslanov yaralananda mən orda yox idim. Lakin beş dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan beş yüz qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb, başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı". Beqiaşvilinin fikrincə, H.Aslanov qətlə yetirilib" (Bu fakt Musa Bağırovun “Sərkərdənin taleyi” kitabından götürülüb).

Aslanov general kimi öldü, bəs o?

Baqramyan Həzi Aslanovu öldürdükdən sonra artıq əli-qolu açılmış və bu dəfə həyasızcasına Aslanovun bütün uğurlarını adına yazdırmağa başlamışdı.

O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almağa nail olur.

Baqramyan ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı olanda onun vətənində büstünün ucaldılması məsələsi ortaya çıxır. Doğulduğu kənd rayon mərkəzindən xeyli uzaqda yerləşir. Onun arzusu isə büstünü gənc yaşlarında təhsil aldığı Kirovabad (indiki Gəncə) şəhərində qoymaq imiş. MK-nin bürosunda məsləhətləşmələr olmuş və müəyyən edilmiş qaydalardan kənar olsa da, onun xahişini təmin etmək qərarına gəlinir. Kirovabadda şəxsən Baqramyan özü böyük bağı olan ən gözəl bir sahə seçir və orada onun büstü qoyulur. Sonralar Baqramyan onun doğma kəndində döyüş şöhrəti muzeyi yaradılmasını da istəyir. Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin qərarı ilə böyük muzey kompleksi tikdirir.

O, Sovet İttifaqı Qəhrəmanı, Marşal, Ali Sovetin deputatı kimi ömrünü yaşamağa davam edir.

Bütöv bir ömrü doğulduğu torpağa və ona yaşamaq üçün qucaq açmış xalqa xəyanətlərlə süsləməyə davam edir.

1982-ci ilin 21 sentyabrında Moskvada vəfat edir.

(Ardı var)

Əziz Əlibəyli

1937.az

P.S: Bu gün Həzi Aslanovun doğum günüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm