• USD 1,7008 0,00% EUR 1,9963 0,00%
    • GBP 2,1926 0,00% RUB 0,0287 0,00%

İlk müasir lokomotivlər gələn il Azərbaycana tədarük ediləcək

İlk müasir lokomotivlər gələn il Azərbaycana tədarük ediləcək

Fransanın "Alstom" şirkətinin hazırladığı elektrovozların Azərbaycana ilk tədarükü 2017-ci ildə başlayacaq. Bunu Trend-ə şirkətin kommunikasiyalar üzrə meneceri Zaure Rəhmətova deyib.

Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC ilə layihəyə əsasən, "Alstom" Azərbaycana 50 elektrovoz tədarük edəcək.

Z.Rəhmətova qeyd edib ki, 50 lokomotivdən 40-ı yük, 10-u sərnişin lokomotivi olacaq.

"Azərbaycan Dəmir Yolları" QSC üçün 50 lokomotivin tədarükü üzrə müqavilə 2014-cü ildə, yekun saziş isə ötən ilin mayında imzalanıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>