Axşam bu yolda hərəkət məhdudlaşacaq
Bizi izləyin

Qırmızı.az

Axşam bu yolda hərəkət məhdudlaşacaq

Bu gündən etibarən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların) yenidən rənglənməsi işlərinə start verilir.

Bu barədə Publika.az-a “Azəravtoyol”ASC-nin mətbuat xidmətindən məlumat verilib.

İlk olaraq sözügedən işlərə bu gün saat 11:00-dan Zaqulba prospektində başlanılır. Sözügedən prospektin hər iki istiqaməti üzrə aparılacaq rəngləmə işləri ilə əlaqədar hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq ( Diqqət! Yol bağlanmır ). Rəngləmə işləri axşam saatlarınadək davam edəcək.

Axşam saat 22:00-dan etibarən isə yol cizgi və yol göstərici xətlərin, həmçinin piyada keçidlərinin yenidən rənglənməsi işləri Nəsimi rayonu Kövkəb Səfərəliyeva və Rixard Zorge küçələrində aparılacaq. Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə dəhərəkət dayandırılmadan qismən məhdudlaşdırılma tətbiq olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm