• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Bakı Nəqliyyat Agentliyindən sürücülərə XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyindən sürücülərə XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində xidmətin keyfiyyətini qaldırmaq məqsədilə qanunvericilikdən irəli gələn tələblərin daşıyıcılar tərəfindən əməl olunmasına tam nəzarət həyata keçirdiyi bildirilib.

“Qoyulan tələblərə əməl edilmədiyi təqdirdə ən sərt tədbirlər görüləcəyinə dair qurum tərəfindən xəbərdarlıq edilir. Ancaq bu heç də sürücüləri sıravi vəzifə daşıyıcıları kimi məsuliyyətdən azad etmir. Tam əksinə, sükanı idarə edən birbaşa aidiyyəti şəxslər qismində bu cəza tədbirləri onlardan da yan keçməyəcək. Bakı Nəqliyyat Agentliyi sərnişin həyatını təhlükə qarşısında qoyan hər bir sürücü ilə bağlı müvafiq tədbirin görülməsinə dair məsələni aidiyyəti qurumlar qarşısında qaldıracaq. Əziz sürücülər, sizdən təkcə idarə etdiyiniz nəqliyyat vasitəsinin salonunda olan sərnişinlərin deyil, həm də onların ailə üzvlərinin taleyi asılıdır. Məsuliyyətinizi dərk etməyiniz tövsiyyə və tələb olunur”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>