YAP-çı deputatdan İsa Qəmbərin “nəvə qalmaqalına” CAVAB
Bizi izləyin

Qırmızı.az

YAP-çı deputatdan İsa Qəmbərin “nəvə qalmaqalına” CAVAB

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin yeni doğulan nəvəsinə verdiyi adın qalmaqala səbəb olmasına münasibət bildirib.

YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, bu, İsa Qəmbərin ailəsi məsələsi olduğu üçün bu barədə fikir söyləmək niyyətində deyil: “Ancaq hər kəs qanun qarşısında bərabərdir və qanuna tabe olmalıdır. Hər kəs qanunun tələblərinə riayət etməlidir. Əgər kimsə qanunun tələblərinə riayət etməyəcəksə, o zaman qanun öz qüvvəsini göstərəcək. Ona görə də istənilən məsələ ilə əlaqədar qanunda düzünə göstəriş olduğu halda, onu hansısa halda şouya çevirmək olmaz”.

Xatırladaq ki, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər baba olub.

Publika.az xəbər verir ki, bu barədə İ.Qəmbər “facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Lakin onun ikinci nəvəsinə verdiyi ad qalmaqala səbəb olub.

Keçmiş başqan deyir ki, nəvəsinin adını Ada qoyublar. Dövlət komissiyasının siyahısında belə ad olmadığı üçün yeni doğulan uşağa verilən adda problem olub. Lakin Qəmbər ailəsinin təkidlərindən sonra Ada adının qoyulmasına razılıq verilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm