Kanalizasiya olmayan ərazilərdə su pulu necə ödəniləcək?
Bizi izləyin

Qırmızı.az

Kanalizasiya olmayan ərazilərdə su pulu necə ödəniləcək?

Tarif Şurasının ötən həftə su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə yenidən baxdı və qiymətləri qaldırdı.

Belə ki, bundan sonra bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl 30 qəpik), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl 25 qəpik), qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat (əvvəl 12 manat) müəyyən edilib.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kub metr üçün 15 qəpik (əvvəl 6 qəpik), qeyri-əhali üzrə 1 manat (əvvəl 30 qəpik) səviyyəsində təsdiq olunub.

Yeni qərar bu gündən qüvvəyə minir. Suyun qiymətində bu artım sakinlərin həm hər damla suyun, həm də hər qəpiyinin qədrini bilməsi məsələsini gündəmə gətirib. Belə ki, əhali əvvəl su və kanalizasiya xidmətinə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə ümumilikdə 36 qəpik ödəyirdisə, indi 50, digər inzibati ərazi vahidləri üzrə əvvəl 31 qəpik ödəyirdisə, indi 45 qəpik ödəməli olacaq. Bu gün su və kanalizasiya xərclərinin kartla ödənildiyini nəzərə alan sakinləri narahat edən məsələ hesabdan bu məbləğin necə çıxılmasıdır. Yəni kanalizasiya sistemi olmayan ərazilərdə yaşayan sakinlərin kanalizasiya xidməti haqqı necə hesablanacaq?

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Publika.az-a açıqlamasında bildirib ki, kanalizasiya sistemi olmayan ərazilərdə bu xidmət üçün haqq ödənilməyəcək:

“Bu gün “Azərsu” abonentlərinin 65%-i kanalizasiya sistemi ilə təmin edilib. Qurumun bazasında abonentin su və ya kanalizasiya xidmətlərinin hansından istifadə etməsi qeyd olunub. Bu proqram təminatı işləndiyindən sistem avtomatik olaraq kanalizasiya sistemi olmayan ərazilərdə çirkab sulara görə pul çıxmır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm