Qırmızı.az
Transxəzər marşrutu ilə daşınan yüklərin həcmi artırıla bilər
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxstan Dəmir Yolları” SC-nin prezidenti Askar Mamin və “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru Mamuka Baxtadze üçtərəfli görüş keçirilib.
Publika.az xəbər verir ki, tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması və rəqabətədavamlı tarif dərəcələrinin müəyyən edilməsi, Aktau-Kurık-Ələt-Aktau-Kurık marşrutu üzrə bərə ötürməsinin təşkili və dəmir yolu nəqliyyatı üçün maşınqayırma məmulatlarının istehsalı və çatdırılması üzrə əməkdaşlıq haqqında məsələləri müzakirə ediblər.
Eyni zamanda tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə, vaqon, həmçinin konteynerlə yükdaşıma həcminin artırılması məsələsinə baxmışlar. Həmin ərazilərdən daşınan bəzi ixrac yüklərinə Qazaxıstan tərəfdən xüsusi tarif müəyyən edilib.
Danışıqlarda quru yolla yüklərin buraxılması üzrə tarif və təşkilati məsələlərin Rusiya dəmiryolçuları ilə müzakirə olunması da vurğulanıb.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?