• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Arzu Rəhimov Siyəzəndə vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Siyəzəndə  vətəndaşları  qəbul edəcək

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 30.01.2014-cü il tarixdə saat 10:00-da Xidmətin Siyəzən rayon bölməsinin inzibati binasında (Siyəzən şəhəri, H.Əliyev küç. 1) Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayon sakinlərinin qəbulunu həyata keçirəcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi xəbərdar edir ki, qəbula yazılmaq istəyən vətəndaşlar 29.01.2014-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR