Dələduz həkimlə bağlı nazirə müraciət
Bizi izləyin

Qırmızı.az

Dələduz həkimlə bağlı nazirə müraciət

Jurnalist Anar Niftəliyev Bakı Slavyan Universitetinin dekanı, mərhum tənqidçi Elnarə Tofiqqızının (Niftəliyeva) cərrahiyyə əməliyyatında assistent kimi iştirak edən dələduz həkim Fərəcullah İdrisovla bağlı Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.

Axar.az xəbər verir ki, müraciətdə Bakı Şəhər Baş Polis İdarəsinin 2016-cı il 11 may tarixli qərarı ilə Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyyə Mərkəzinin ümumi cərrahiyyə şöbəsinin əməkdaşı Fərəcullah İdrisovun təqsirinin Cinayət Məcəlləsinin 29.178.1 maddəsi ilə sübuta yetirildiyi bildirilir.

Həmçinin qeyd olunur ki, belə bir dələduz həkimin hələ də fəaliyyət göstərməsi səhiyyəmiz üçün böyük təhlükədir.

Zərərçəkənin hüquqi varisi Anar Niftəliyev nazirə müraciətində Elmi-Tədqiqat Cərrahiyyə Mərkəzinin ümumi cərrahiyyə şöbəsinin əməkdaşı Fərəcullah İdrisovla bağlı ölçü götürülməsini xahiş edib.

Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının popilloması əməliyyatı zamanı vəfat edib. Bakı Apelyasiya Məhkəməsinin 31 avqust 2015-ci il tarixli qərarı ilə Elnarə Tofiqqızının ölümündə günahkar bilinən Firuz İbrahimov 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Cərrahiyyə əməliyyatında iştirak edən F.İdrisov isə bakı şəhər Baş Polis İdarəsinin 11 may 2016-cı il tarixli qərarına görə Cinayət Məcəlləsinin 29.178.1.-ci maddəsi ilə (dələduzluğa cəhd) məhkum edilib. Ancaq cinayət hadisəsindən iki il keçdiyi üçün məhkum F.İdrisov CM-nin sözügedən maddəsinin cəza hissəsindən azad edilib və toplanmış materiallar məhkəməyə göndərilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm