Piyadanın günahı yol polisini dəhşətli qəzaya uğratdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Piyadanın günahı yol polisini dəhşətli qəzaya uğratdı - VİDEO

Sosial şəbəkələrdə bir müddət əvvəl Dövlət Yol Polisinin avtomobilinin uğradığı qəzanın videogörüntüləri yayılıb.

Sosial şəbəkələrdə bir müddət əvvəl Dövlət Yol Polisinin avtomobilinin uğradığı qəzanın videogörüntüləri yayılıb.

Videodan yol polisinin avtomobilinin yola çıxmış piyadanı vurmamaq üçün maşını qəflətən yolun kənarına çəkməsi və bu zaman ağacla toqquşması görünür.

Piyada onun günahı ucbatından qəzaya uğramış polis əməkdaşlarının vəziyyəti ilə maraqlanmadan hadisə yerindən qaçaraq gizlənir.

Xatırladaq ki, bir müddət əvvəl xəbər verdiyimiz kimi, bu hadisə martın 31-də baş verib. Yol Polisinin avtomobili Azadlıq meydanında, Hökumət Evinin qarşısında qəzaya uğrayıb.

İlkin məlumatlara görə, “10-YP-429” dövlət nömrə nişanlı polis avtomobili yolun kənarındakı maneəyə çırpılıb.

Polis maşını yolun kənarındakı maneəyə çırpılır. /Oxu.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm