Qırmızı.az
""McDonalds" Azərbaycan gənclərini məhv edir" - ŞOK FAKT
“Dünyanın heç bir yerində spirtli içkilərin üstünə yararlılıq tarixi baxımından “müddətsizdir” sözü yazılmır. Yalnız Azərbaycanda istehsal edilən araq və şərablar “müddətsiz” olur”
Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
E.Hüseynov dedi ki, bütün qida məhsulları kimi araq və şərabların
da müəyyən yararlılıq müddəti var.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xərçəng xəstəliyi
ilə bağlı növbəti proqnozunu açıqlayıb. ÜST bu qorxunc xəstəliyin
sürətlə yayılması səbəblərini də sadalayıb. Mütəxəssislər hesab
edirlər ki, spirtli içkilər və tütün məmulatları, tez hazırlanan
qidalardan mütəmadi istifadə etmək xərçəng əmələ gətirir.
Təşkilat sədri isə qeyd etdi ki, “McDonalds” və bu tipli
şirkətlərin hazırlanması tez başa gələn ayaqüstü yeməkləri müxtəlif
xəstəliklərin, xüsusilə də xərçəngin yayılmasına səbəb oldu:
““McDonalds” Azərbaycan gənclərini məhv edir. Şirkət hazırladığı
qidaların ərzağını xarici ölkələrdən gətirir, qidaların tərkibi
haqqında məlumat yoxdur. Üstəlik, bu şirkətlər trans yağlardan
istifadə edirlər. Bu yağ isə nəinki xərçəng yaradır, hətta
ürək-damar sistemini də sıradan çıxarır. Təəssüf ki, Azərbaycanda
hələ də qida mədəniyyəti problemi var”.
Xatırladaq ki, ÜST-Ün hesabatına görə, dünyada onkoloji
patologiyalardan əziyyət çəkənlərin sayı 16 milyondan çox
olacaq.
Azərbaycanda isə ötən il 34681 nəfər onkoloji xəstə qeydiyyatda
olub. Bu da 2012-ci ilin göstəricisindən çoxdur. 2012-ci ildə
31954, 2011-ci ildə 28685 xəstə qeydiyyata alınıb. Statistik
göstəricilərə əsasən, kişilər arasında traxiya-ağciyər-bronx,
qadınlarda süd vəzisi xərcəngi daha çox yayılıb.
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı