Təhqiqat Şöbəsini yol polisindən aldılar
Bizi izləyin

Qırmızı.az

Təhqiqat Şöbəsini yol polisindən aldılar

Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik baş verib.

Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsi DYP-dən ayrılıb. Şöbə bundan sonra Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olacaq.

DYP-dən ayrılan şöbə bundan sonra DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi adlanacaq.

Məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev təsdiqləyib. (avtosfer.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm