114 yaşlı Ballı nənə: "Bir dəqiqə də boş oturmamışam" - VİDEO/FOTO
Bizi izləyin

Qırmızı.az

114 yaşlı Ballı nənə: "Bir dəqiqə də boş oturmamışam" - VİDEO/FOTO

Kürdəmirin Söyüdlər kəndində yaşayan Gülüsüm Cəfərova və Ballı Qafarova Aran bölgəsinin ən üzunömürlü sakinlərindən sayılırlar.

Hazırda Gülsüm Cəfərovanın 117, Ballı Qafarovanın isə 114 yaşı var. Rayonun ən zəhmətsevər və qayğıkeş qadınlarından biri olan Gülsüm nənənin həyat yolu çətin və keşməkeşli olub. O, ikinci dünya müharibəsində öz həmkəndlisi olan həyat yoldaşını itirib. Yeganə oğul övladı isə suda boğularaq dünyasını dəyişib. Belə ağır itkilər verməsinə baxmayaraq Gülsüm nənə bütün diqqətini işləyərək ailəsini saxlamağa yönəldib.

“Zərbəçi olmuşam. Həmişə pambıqı çox yığmışam, zərbəçi yazılmışam. Yaxşı gördüyümdən, götürdüyümdən, geyinmişəm də, yemişəm də” - deyə 3 əsrin şahidi Gülüsüm Cəfərova vurğulayıb.


Yaxınları isə hazırda görmə və eşitmə qabiliyytini itirən Gülsüm nənənin belə uzunömürlü olmasına səbəb kimi onun sağlam həyat tərzi sürməsini göstərirlər. Ballı Qafarova də vaxtiylə Söyüdlər kəndində xalçaçılıq,pambıqçılıq və sağıcılıqla məşğul olub. Zəhməti hər şeydən üstün tutan Ballı nənə yaşının çox olmasına baxmayaraq indi də işləməyə can atır.

“Pambığı didmişəm, çırpışam palaz toxumuşam. Ondan sonra cəhrə əkmişəm, darax daramışam. Bir dəqiqə boş oturmamışam. Hələ indinin indisində də deyirlər ki, əlini dinc qoy. Ona öyrənib əlim” deyə uzunömürlü nənə Ballı Qafarova bildirib.

Ballı nənə də bu qədər yaşamasının sirrini sağlam qidalanmasında və daima işləməsində görür.O,indi də daha çox süd məhsullarından,təbii meyvələrdən istifadə edir. Elə bu səbəbdən də səhhətiylə bağlı hazırda heç bir şikayəti yoxdur. Ballı nənənin bir oğlu 4 nəvəsi və 4 nəticəsi var. Gülsüm nənəyə isə hazırda 7 nəvəsi, 6 nəticəsi və 5 kötücəsi tərəfindən lazımi qulluq göstərilir. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm