Qırmızı.az
Kreditlər yeni qaydalarla veriləcək - VİDEO
Maliyyə Bazarlarına Nəzarət Palatasının qaydalarına əsasən, Azərbaycanda istehlak kreditlərinin verilməsi yeni parametrlər əsasında həyata keçiriləcək.
Bundan sonra kreditin maksimum miqdarı müəyyən edilərkən
vətəndaşın aylıq borc yükünün onun gəlirlərinə nisbəti
hesablanacaq.
İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, bu qərara
çoxdan ehtiyac var idi. Çünki banklar vətəndaşlara kredit verərkən
səhlənkarlıq edirdilər.
Nəticədə bu, ölkədə problemli kreditlərin həcminin artmasına
səbəb olurdu.
Yenı hesablama metodologiyasına görə, ilk olaraq borc alanın
hazırda digər banklara borcunun olub-olmadığı araşdırılır. Tutaq
ki, bu borc aylıq 200 manat təşkil edir. Bu rəqəmin üstünə
vətəndaşın hazırda kredit almaq istədiyi məbləğin aylıq ödənişi də
əlavə olunur. Misal üçün, 250 manat. Alınan rəqəm, yəni 400 manat
vətəndaşın aylıq maaşına, məsələn 1000 manata bölünür və vurulur
100 faizə. Nəticədə məlum olur ki, vətəndaşın aylıq borc yükü onun
gəlirlərinə nisbətdə 45 faiz təşkil edir.
Bundan əlavə, borcalanın gəlirləri və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən artıq olduqda həmin kredit qənaətbəxş aktiv kimi təsnifləndirilməlidir. Yəni, vətəndaşın maaşından aylıq kreditlərin ödənilməsi üçün müəyyən edilmiş məbləğ çıxılır, məsələn, 1000-dən 450 çıxılır, yerdə qalır 550 manat. Bu, ölkədə 136 manat səviyyəsində müəyyənləşdirilmiş yaşayış minimumundan çox olduğundan həmin vətəndaşa kredit ayrıla bilər.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO