Hicran Hüseynova: “Məişət zorakılığı barədə məlumatlar gizlədilir”
Bizi izləyin

Qırmızı.az

Hicran Hüseynova: “Məişət zorakılığı barədə məlumatlar gizlədilir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı ilə bağlı məlumat bazası yaradır.

Publika.az xəbər verir ki, bunu “Məişət zorakılığı insan alverinə şərait yaradan problem kimi” mövzusunda bu gün keçirilən tədbirdə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri çox zaman regionlardan məişət zorakılığı ilə bağlı məlumat toplamaqda çətinlik çəkdiklərini bildirib:

“Rayonlara sorğu göndərəndə bizə rayonda elə bir faktın olmadığı cavabı verilir.

O əlavə edib ki, məişət zorakılığı ilə bağlı dolğun məlumat bazasının yaradılması üçün Komitəyə doğru informasiyaların verilməsi son dərəcə önəmlidir:

“Bu bazanın inkişafı üçün aidiyyəti dövlət qurumlarının dəstəyi olmalıdır. Lakin bəzi regionlardan bu məlumatları bizə vermirlər. Hakbuki həmin rayonlardan il ərzində bizə çoxlu nməlumatlar daxil olur. Lakin bilməliyik ki, məişət zorakılığı faktlarını gizlətmək bizə zərər vurur”.

H.Hüseynova qeyd edib ki, rayonlarda monitorinq qrupları fəaliyyət göstərir. Onların fəaliyyət göstərdiyi regionlarda məişət zorakılığı ilə bağlı faktların sayı azalır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm