Qadınlara qarşı törədilən cinayətlərin statistikası AÇIQLANDI
Bizi izləyin

Qırmızı.az

Qadınlara qarşı törədilən cinayətlərin statistikası AÇIQLANDI

2015-ci ilin məlumatına əsasən, Azərbaycanda qadınlara qarşı 2248 zorakılıq halı baş verib. Onların 867-si qısqanclıq zəminində törədilib.

Publika.az xəbər verir ki, bu haqda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda məişət zorakılığı qadınlara qarşı törədilən cinayətlərin yarısını təşkil edir. “2013-cü ildə 9500 ev təsərrüfatı arasında keçirilən sorğu nəticəsində məlum oldu ki, respondentlərin 8 faizi zorakılığa məruz qalır. Azərbaycanda məişət zorakılığı barədə dəqiq statistika vermək olmur. Bu hallar çox zaman gizli qalır. Çünki qadınlar çox zaman zorakılıqla bağlı aidiyyəti qurumlara müraciət etmir. BMT-nin hesablamaları göstərir ki, Azərbaycanda qadınların 8%-i zorakılığa məruz qalır, onların da 43. 6%-i ailə zorakılığıdır”.

T.İbrahimova bildirib ki, respondentlərin 23%-i zorakılıq barədə ilk növbədə ailə üzvlərinə məlumat verir. “Yalnız 16.3%-i hüquq mühafizə orqanlarına müraciət edir.11.8%-i qohumu, dostuna, 2.4%-i psixoloji yardım mərkəzlərinə, 2.1%-i icra hakimiyyəti orqanlıarına,1.5 %-i kənar şəxslərə,1.3%-i uşaq və ailələrə yardım mərkəzlərinə, 0.4%-i QHT-lərə müraciət edir. 2006-2015-ci illər ərzində Komitəyə məişət zorakılığı ilə bağlı 1593 şikayət daxil olub. Bu şikayətlər əsasən, təhlükəsizliyin təmin edilməsi, zorakılıq halının təkrarlanması halları, təqsirli şəxsin cəzasının ağırlaşdırılması, zorakılığı törədən şəxsin xəbərdarlığa məhəl qoymaması ilə bağlı olur”.

Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Nurəli Məmmədov bildirib ki, 2016-cı ilin birinci rübündə 68 insan alveri faktı üzrə 13 cinayət işi, 15 fahişəliyə cəlb etmə üzrə 14 cinayət işi, 42 əxlaqsız yuvaları saxlama üzrə 35 cinayət işi başlanaraq istintaq işi aparılıb.

Onun sözlərinə görə, ümumilikdə 2015-ci il üzrə 313 fakt üzrə 192 cinayət işi, 2016-cı ilin birinci rübündə 125 fakt üzrə 62 cinayət işi aparılıb və yekunlaşdırılıb: “2015-ci il ərzində ümumilikdə 171 nəfər, bu ilin birinci rübündə 29 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Məişət zorakılığı cinayətlərindən ən çox uşaqlar əziyyət çəkir. Onların insan alverçilərinin qurbanlarına çevrilməsi halı yüksəkdir. Dilənçiliyə məcbur edilən roman uşaqlarla və məktəblərdən yayındırılan uşaqlarla bağlı qoruma mexanizmlərinin yaradılması üzərində işləmək labüddür”, deyə o bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm