Dirəklərlə hasarlanan, "özəlləşdirilən" tarixi abidələrimiz - VİDEO/FOTO
Bizi izləyin

Qırmızı.az

Dirəklərlə hasarlanan, "özəlləşdirilən" tarixi abidələrimiz - VİDEO/FOTO

Şimal qərb bölgəsində yerləşən Alban məbədləri qədim tariximizi nümayiş etdirən, bu torpaqların ulu babalarımıza məxsusluğunu sübut edən əsas tikililərdir. Məsələn, yenidən bərpa olunan Kiş alban məbədi. Bura Şəkiyə gələn bir çox turistin diqqət mərkəzindədir. Ancaq təkcə şimal qərb bölgəsində 100-lərlə belə qədim tarixi məbəd nəinki baxımsızdı, hətta ora yaxınlaşmaq belə təhlükəlidir.

Adətən tarixi abidələrin 5-10 metr ətrafında heç bir tikili olmur ki, bu, tarixi abidənin görünüşünə xələl gətirməsin. Bəzən qorumaq məqsədilə abidə hasarlara da alınır. Ancaq çox maraqlıdır ki, bəzi şimal-qərb bölgəmizdəki bəzi abidələr sanki işıq dirəkləri ilə "hasarlanıb".

Balakənin digər kəndlərindəki alban məbədlərində də bənzər mənzərə var. Arılıq Binədəki abidə ətrafında aparılan araşdırma göstərir ki, vaxtilə burada 4 hektar ərazisi olan alban məbəd kompleksi olub. İndi isə bura xarabalığı xatırladır. Bəzi məbədlər isə sakinlərin həyətyanı sahələrində yerləşir. Abidəyə baxmaq üçün keçilməz yolla irəliləmək, ərazi sahibindən icazə almaq lazımdır.

Nurkilsə məbədi özündə 3 mədəniyyəti birləşdirir. Xristianlıqdan əvvəlki, xristianlığın yeni yayıldığı dövr və sonrakı dövr. Abidələrin demək olar hər birinin üzərində onun Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunması haqda lövhə var. Yəni, sadəcə lövhə... Çünki abidələri kol-kos, alaq otları basıb, əksəriyyətinin bünovrəsi dağılıb. Qaxdakı bəzi tarixi tikililər də eyni vəziyyətdədir.

Zaqatalanın mərkəzi, ən çox yerli və xarici qonağın gəldiyi Qaladüzündə yerləşən məbəd isə çoxlarına tanışdır. Amma abidə uzun müddətdir baxımsızdır. Elə divarlarda həkk olunan yazılar, abidənin içinə vurulan taxta tavan və bu kimi müdaxilələr bunu deməyə əsas verir. Ancaq məsələ artıq aidiyyatı qurumun birinci şəxsinin nəzarətindədir.

Əbülfəs Qarayev - mədəniyyət və turizm naziri: "Mən belə faktların olduğunu öyrəndikdə ciddi reaksiya verirəm. Belə halların mətbuat tərəfindən işqılandırılmasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, ictimaiyyət buna diqqət yetirməlidir".

Müşahidəmiz göstərdi ki, tarixi abidələrimizi bu cür qorumaqla yanaşı, tikililərin dağılmasını önləmək və ərazinin abadlaşdırılması da vacibdir. Çünki bu cür tarixi məkanlar hamıya maraqlıdır. Xüsusi ilə də əcnəbi turistlərə. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm