Qırmızı.az
Ötən il insan alveri qurbanlarının 11-i erkən nikaha daxil olub
2015-ci ildə Respublika üzrə hüquq mühafizə orqanları tərəfindən 29 916 cinayət qeydə alınıb. Onların 0.48%-i insan alveri cinayətləri təşkil edib. Bu cinayətlərin tam açılması təmin edilib.
Publika.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev “Məişət zorakılığı insan alverinə şərait yaradan problem kimi” mövzusunda bu gün keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ötən il müəyyən olunmuş 63 insan alveri qurbanının 11-i erkən nikaha daxil olub, 29-u isə müxtəlif formalarda məişət zorakılığına məruz qalıb.
Ş.Əsədullayev həmçinin insan alveri qurbanları üçün krizis mərkəzlərinin yaradılmasının vacibliyi də diqqətə çatdırıb:
“GRETA-nın təklif və tövsiyələrinə əsasən, Respublikanın regionlarında qadın krizis mərkəzləri məcburi şəkildə yaradılmalı idi. Burada qadınlara həm maddi, həm psixoloji yardımlar göstərilməli idi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil nazirlikləri, yerli icra hakimiyyətləri orqanları birlikdə bu işi həyata keçirilməlidir.
Bununla əlaqədar Daxili İşlər Nazirliyi hökümət qarşısında təkliflə çıxış edib, artıq aidiyyəti qurumlarla yanaşı Gəncə, Lənkəran, Quba şəhər icra hakimiyyətləri də buna müsbət rəy bildirib. Hazırlanan təklif icra olunması üçün hökümətə təqdim edilib. Belə mərkəzlərin yaradılması insan alveri qurbanları və potensial qurbanlara, həmçinin münaqişəli ailələrə də yardımların göstərilməsinə şərait yaratmış olacaq”.
Gülxar
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO