"Azərcell" “Big Data Day Baku 2016”-ya dəstək oldu
Bizi izləyin

Qırmızı.az

"Azərcell" “Big Data Day Baku 2016”-ya dəstək oldu

Azercell Telekom ölkəmizdə keçirilən daha bir beynəlxalq foruma dəstək verib. Belə ki, mayın 17-də Qafqaz Universitetində Böyük Həcmli Verilənlər Günü Bakı 2016 (Big Data Day Baku 2016) beynəlxalq forumu Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və Azercell-in dəstəyi ilə baş tutub. Big Data Day Baku 2016 Beynəlxalq Forumu (BDDB2016), böyük həcmli verilənlər mövzusunda artıq ikinci dəfəfdir ki, ölkəmizdə keçirilib. Bu dəfə "Böyük Həcmli Verilənlərin Böyük Biznes Dəyərə Çevrilməsi" şuarı altında keçirilən tədbirdə bu sahədə öz həlləri ilə tanınmış IBM, Oracle, Microsoft kimi qlobal və Azercell və ATL kimi yərli şirkətlərin expertləri məruzələrlə çixiş ediblər.

Tədbirdə Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov da mövzu barədə geniş təqdimatla məruzə edib. Imran Bağırov öz çıxışında Müştəri Xidmətləri səviyyəsinin ölçülməsi və ən yüksək müştəri təcrübəsinin əldə edilməsində Böyük Həcmli Verilənlərin əvəzedilməz olduğunu vurğuladı.

Tədbirin əsas məqsədi, cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər haqqında fikirləri daha da artırmaq, biznes, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənlər Elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir. Bu ilki tədbirdə maliyyə, enerji, telekom, marketinq sahələri üzrə çalışan şəxslər, sahibkarlar, tədiqatçılar, dövlət nümayəndələri və tələbələr iştirak ediblər.

Məlumat üçün bildirək ki, Azercell-in dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə “Barama HackDay 2016”, Seedstars World kimi beynəlxalq müsabiqələr keçirilib. Azercell eyni zamanda Azərbaycanlı gənclərin İKT sahəsində biliklərinin artmasına, onların dünya səviyyəli peşəkarlara çevrilməsinə yardım olan hər bir tədbirə dəstək olur. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində indəyədək onlarla gənc öz layihəsini dünya bazarına çıxarmağa, şəxsi şirkət qurmağa nail olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm