5 ildə 275 nəfər
Bizi izləyin

Qırmızı.az

5 ildə 275 nəfər

2011-ci ildən etibarən 2419 nəfər rezidenturaya qəbul olunub. Hazırda 1874 rezident rezidentura səviyyəsində təhsil alır.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Hazırda 40 klinik bazada rezidentlərin hazırlığı həyata keçirilir. 2013/2014-cü tədris ilindən başlayaraq müxtəlif ixtisaslar üzrə rezidentura təhsili alan 150-yə yaxın rezident Səhiyyə Nazirliyinin göndərişi ilə rezidentura hazırlığının bir aydan üç ayadək hissəsini Türkiyə Respublikası və Almaniya Federativ Respublikasının qabaqcıl klinikalarında keçib.

Rezidenturanı bitirən həkim-mütəxəssislərin ilk buraxılışı iki illik təhsil müddətli ixtisaslar üzrə 2013-cü ildə olub. Ümumiyyətlə, bu günədək 27 ixtisas üzrə 275 nəfər rezidenturanı müvəffəqiyyətlə bitirərək “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi alıb.

Qeyd edək ki,“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini üç il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Əgər əvvəllər bununla əlaqədar rezidentlərlə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında mülki-hüquq müqaviləsi bağlanmırdısa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 nömrəli qərarı qüvvəyə mindikdən sonra rezidentlərlə Nazirlik arasında “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilə bağlanır. Müqavilənin məqsədi respublika ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi üçün klinik bazalarda həkim-mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin olunmasıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm