Bakıda film kimi hadisə: Qaraçılar gənc qıza hücum etdilər
Bizi izləyin

Qırmızı.az

Bakıda film kimi hadisə: Qaraçılar gənc qıza hücum etdilər

Bu gün səhər saatlarında paytaxtın “Koroğlu” metrostansiyası ətrafında yerləşən nəqliyyatın mübadilə parkında film kimi hadisə baş verib. Belə ki, gənc qız qaraçıların hücumuna məruz qalıb.

Səhər saatlarında Xəzər rayonu, “Koroğlu” metrostansiyasının ətrafında qaraçılar gənc qıza hücum ediblər. Hadisəyə gənc qızın yerə kimsəsiz vəziyyətdə atılmış bələkdə olan körpəni yerdən götürərək polisə təhvil verməsi səbəb olub.

Adının açıqlanmasını istəməyən gənc qız hadisəni belə nəql edib:

“Avtobusdan düşdüm, gördüm ki, bələyə bükülmüş körpəni yolun ortasına qoyublar. Yanında da bir qutu var idi. Gəlib keçənlər qutuya qəpik atırdılar. Mənə vicdanıma ağır gəldi ki, yüzlərlə ailə övlad üzünə həsrətdir, kimsə bundan dilənçilik üçün istifadə edir. Ətrafa nəzər saldım ki, körpəni yerdən götürüb sahibinə verim, heç kimi tapmadım. İstədim ki, aparam təhvil verəm polisə ki, sahibini araşdırsın, uşağı versin. Qəfildən üztümə qaraçılar hücum çəkdi. Köynəyimi və çantamı cırdılar. 4-5 uşaq qollarımı cırmaqladı. Ətrafda heç bir polis də yox idi ki, müdaxilə etsin. Kənardakı adamlar gec də olsa müdaxilə etdilər, məni onların əlindən aldılar. O balacalar da tez uşağı əlimdən qapıb apardılar. Mən dərhal 102 xidmətinə məlumat verdim. Mən başa düşə bilmirəm ki, polislər niyə ərazidə yoxdular. Körpə uşaqları gətirib yolun ortasına atıb gediblər”. (cebhe.info)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm