MTRŞ 2 milyon manatı 6 televiziya arasında böldü
Bizi izləyin

Qırmızı.az

MTRŞ 2 milyon manatı 6 televiziya arasında böldü

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

MTRŞ-dan Publika.az verilən məlumatda bildirilib ki, iclasda teleradio yayımçılarına maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub.

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 2 (iki) milyon manat vəsaitin ümumrespublika özəl televiziya yayımçılarına (ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV) bərabər şəkildə ayrılması barədə qərar qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm