Azərbaycan təyyarəsinin qəza səbəbləri açıqlandı
Bizi izləyin

Qırmızı.az

Azərbaycan təyyarəsinin qəza səbəbləri açıqlandı

Azərbaycanın "SilkWay" şirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda maneəyə dəyərək qəzaya uğradığı açıqlanıb.

Publik.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov bu gün keçirdiyi brifinqdə bildirib.

O, təyyarənin hansı maneəyə dəyməsi ilə bağlı araşdırma aparıldığını deyib.

Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb. Komissiya artıq Əfqanıstana yola düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm