Qırmızı.az
Azərbaycanda qadınlar kişilərdən daha çox yaşayır
Azərbaycanda kişilərin gözlənilən ömür uzunluğu 69,6 il, qadınlarda isə təqribən 76 ildir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yeni məruzəsindən sitat
gətirən BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik
məlumat verib.
Onun sözlərinə görə, 2000-ci ildən bu yana dünyada gözlənilən orta
ömür uzunluğu 5 il artıb və ötən il doğulan uşaqlar üçün 71 ilə
çatıb. Stefan Döjarrik bildirib ki, insanlar daha çox Yaponiya və
İsveçrədə, ən az isə Syerra-Leonedə yaşayırlar.
"Ümumdünya Səhiyyə Təşkilatı bu gün məlumat verdi ki, dünyada gözlənilən orta uzunömürlülük həddi 2000-ci ildən 5 il artıb. Bu, 1960-cı ildən ən kəskin artımdır", - deyə o bildirib.
BMT rəsmisinin sözlərinə görə, qlobal göstəricilərə əsaslanaraq,
2015-ci ildə anadan olmuş uşağın gözlənilən ömür müddəti 71,4 il
təşkil edir. Bununla yanaşı qız uşağı 74 il, oğlan isə təqribən 69
il yaşaya bilər.
Eyni zamanda ÜST ekspertləri real göstəricinin insanın nə dərəcədə
əlverişli ölkədə dünyaya gəlməsindən asılı olduğuna diqqət
çəkirlər.
Stefan Düjarrikin məlumatına görə, qadınların ən yüksək orta uzunömürlülük səviyyəsi Yaponiyada (86,8 il), kişilərdə isə İsveçrədə (81,3) qeydə alınıb. Ən az uzunömürlülük Syerra-Leonedədir - qadınlarda 50, kişilərdə 49 yaş. (report)
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar