Direktor vəzifəsindən kənarlaşdırıldı, barəsində cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Direktor vəzifəsindən kənarlaşdırıldı, barəsində cinayət işi açıldı

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Mərkəzdən Publika.az-a bildirdilər ki, hazırda onun vəzifəsini direktor müavini Vaqif Abdullayev icra edir.

A.Əlibəyovun vəzifəsindən kənarlaşdırılmasına səbəb barəsində cinayət işi başlanmasıdır.

Qeyd edək ki, ötən il mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm