Qırmızı.az
Prezident və xanımı Bakıda keçirilən sərgilərlə tanış olublar
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və xanımı Mehriban Əliyeva "AITF-2014" XIII Azərbaycan Beynəlxalq
turizm və səyahətlər və "HOREX Caucasus 2014" VIII Qafqaz
Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və
ləvazimatlar sərgiləri işə tanış olmuşlar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin
başçısına və xanımına məlumat verdi ki, bu il sərgidə 38 ölkədən
351 şirkət və təşkilat təmsil olunur. Sərgi iştirakçılarının 60
faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlər təşkil
edir.
Qeyd edildi ki, sərgidə iştirakçıların sayından əlavə digər bir
rekord göstərici əvvəlki illərlə müqayisədə milli stendlərin çox
olmasıdır. Sərgidə Azərbaycandan başqa öz ölkələrinin milli turizm
agentlikləri və səfirliklərinin rəsmi dəstəyi ilə Argentina,
Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan
Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya,
Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tailand, Türkiyə,
Fransa, Monteneqro və Çex Respublikasından 24 milli və regional
qrup iştirak edir. Bundan əlavə, bu il sərgidə Litva, Xorvatiya,
Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər
və Rusiya Federasiyasının Stavropol diyarından, eləcə də digər
ölkələrdən nümayəndə heyətləri də qatılmışlar.
Bildirildi ki, sərgi turizm xidmətlərinin geniş çeşidini nümayiş
etdirir və turizm bazarının əsas fiqurlarını - turagentlik və
turoperatorları, milli qrupları, beynəlxalq nümayəndəlikləri,
avtomobil, hava və dəniz daşımaları üzrə şirkətləri, müxtəlif
ölkələrin mehmanxana biznesi üzrə nümayəndələrini, turizm və
ticarət assosiasiyalarını, eləcə də fəal və ekstremal istirahət
turlarının təşkilatçılarını bir araya gətirmişdir.
Qeyd edildi ki, "AITF-2014"də 80-dən çox turizm marşrutu nümayiş
olunur. Bunların arasında Misir, Gürcüstan, Macarıstan, Malayziya,
Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Monteneqro və s.
ölkələr xüsusi yer tutur. Eyni zamanda, bu sərgi turizm bazarında
həm maraqlı istiqamətlərin, həm də yeniliklərin nümayişi ilə
seçilir. Builki sərgidə Argentina, Dominikan Respublikası, Çin və
Xorvatiya yeni turizm marşrutları ilə turistlərin diqqətini cəlb
etmişdir. Birillik fasilədən sonra Hindistan, Yunanıstan və
Malayziya milli stendləri də yenidən sərgidə iştirak edir. Sərginin
debütantları arasında Şri-Lanka, Keniya və Cənubi Afrika
Respublikasının turizm şirkətləri də yer almışdır.
Diqqətə çatdırıldı ki, "AITF-2014" sərgisində tibbi turizm
istiqamətini nümayiş etdirən iştirakçıların sayı əhəmiyyətli
dərəcədə artmışdır. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər,
özəl və dövlət klinikaları, eləcə də Almaniya, Yunanıstan, İsrail,
Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika mərkəzləri
daxildir. Azərbaycan sanatoriyalarının nümayiş olunduğu pavilyonda
Naftalan neftinin müalicəvi xassələri sərgiyə gələnlərin diqqətini
daha çox cəlb edir.
Bildirildi ki, Azərbaycan regionlarının milli pavilyon çərçivəsində
irimiqyaslı iştirakı sərginin ən maraqlı və koloritli hadisəsindən
biridir. Azərbaycan üzrə turizm paketinin müxtəlifliyi istənilən
turizm proqramını zənginləşdirə bilər. Regional ekspozisiyada
Qəbələ, Qax, Quba, İsmayıllı, Zaqatala, Lerik, Masallı, Mingəçevir,
Xaçmaz, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası və
Sumqayıt şəhəri təmsil olunur. Burada turizm fəaliyyətinin müxtəlif
növləri, o cümlədən kənd və ekoloji turizm, salçılıq, dağ-xizək,
dəniz kurortları və s. üçün imkanlar nümayiş etdirilir.
Dövlətimizin başçısı və xanımı sərginin pavilyonları ilə yaxından
tanış oldular.
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü