Qırmızı.az
9 illik bazadan xüsusi qabiliyyət ixtisaslarına qeydiyyat başlayır
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlayır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, abituriyentlər ümumi qaydada “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra mayın 20‑dən iyunun 2-dək eservices.tqdk.gov.az/ erizetex/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən
qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak edirlər.
İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini
ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 9-dan
13-dək qabiliyyət imtahanında iştirak edirlər.
Bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanında iştirak etmirlər.
İxtisas seçimi zamanı abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!