Ürək qüsurlu uşaqlarla bağlı yeni proqram
Bizi izləyin

Qırmızı.az

Ürək qüsurlu uşaqlarla bağlı yeni proqram

Bakı şəhəri Respublika Perinatal Mərkəzi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Xəstəxanası və 3 nömrəli Şəhər klinik xəstəxanasının iştirakı ilə yeni doğulmuş körpələr və uşaqlar arasında anadangəlmə ürək qüsurlarının aşkarlanması məqsədilə xüsusi neonatal skrininq proqramına start verilib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, skrininq proqramı zamanı qeyd edilmiş tibb müəssisələrində doğulan körpələrin anadangəlmə ürək qüsurlarına yoxlanması məqsədilə "skrininq nəbz oksimetriyası" aparılaraq, ürək qüsuru, xüsusilə də, kritik ürək qüsuru müəyyən edilmiş körpələrin konservativ və ya cərrahi müalicəsi üçün kardioloqlar, neonatoloqlar və kardiocərrahların nəzarəti altında müvafiq tədbirlər görülür.

"Rostropoviç-Vişnevskaya Fondu"nun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və milli mütəxəssislərin iştirakı ilə həyata keçirilən bu pilot skrininq proqramı çərçivəsində həmçinin neonatoloqlar, reanimatoloqlar, pediatrlar, uşaq kardioloqları və tibb bacıları üçün "Neonatal kardiologiya"ya dair mövzulara əsasən xüsusi təlim kurslarının təşkili də nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm