• USD 1,7000 0,00% EUR 2,0012 -0,06%
    • GBP 2,2678 -0,44% RUB 0,0288 +0,35%

Çörəyin içindən görün nə çıxdı? - Beləsi hələ olmamışdı

Çörəyin içindən görün nə çıxdı? - Beləsi hələ olmamışdı

Sumqayıt şəhərindəki çörək sexlərindən birinin satışa çıxardığı çörəyin içindən kiçik, qara çöküntü çıxıb.

Bu barədə Publika.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verdi.

Onun sözlərinə görə, hadisə dünən baş verib: “Alıcılardan biri mağaza satıcısına irad bildirərək həmin marketdən aldığı çörəyin içindən siçan nəcisi çıxdığını deyib. O, bununla bağlı narazılığını ifadə edərək içindən siçan nəcisi çıxmış çörəyi də satıcıya təqdim edib. Satıcı isə öz növbəsində çörək sexinin mühasibinə iradını bildirib. Mühasib üzrxahlıq əvəzinə “Gedin kimə istəyirsiniz şikayət edin”- deyib. Hazırda bununla bağlı araşdırma aparırıq”.

Azad İstehlakçılar Birliyinin sədri araşdırmaların aparılması səbəbindən hələlik çörək sexinin adını açıqlamağı məsləhət bilmədiyini dedi.

Məsələni araşdırmaq üçün bu gün marketin işçiləri ilə əlaqə saxladıq. İşçilərdən biri bildirdi ki, satıcılar çörək sexinin rəhbərliyi ilə əlaqə saxladıqda qarşı tərəf özünü haqlı çıxarmağa çalışıb: “Pekarnı”dan gəlib çörəyin içindən çıxanların siçan nəcisi yox, yağın çöküntüsü olduğunu iddia etdilər. Gəlib burada dava-dalaş etdilər. Dedilər yağın içində qara çöküntülər olur, bu da onlardandır. İddia etdilər ki, bunlar tavanın, qazanın dibindəki çöküntülərdir. Bu, səhlənkarlığın nəticəsidir. Baş verənləri mühasibə deyəndə heç nəyi vecinə almadı. Lakin bura gələn müdiriyyət tədbir görüləcəyini dedi. Səhlənkarlıq edən mühasib işdən çıxarıldı. Biz isə həmin çörək sexindən çörək almağı dayandırdıq”.

Anar Tağıyev

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>