Babək rayonuna 5 milyon manat ayrıldı
Bizi izləyin

Qırmızı.az

Babək rayonuna 5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat ayrılb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm