Niyaməddin Orduxanlı: "Əli Kərimlinin böyük maliyyə qoparma təcrübəsi var"
Bizi izləyin

Qırmızı.az

Niyaməddin Orduxanlı: "Əli Kərimlinin böyük maliyyə qoparma təcrübəsi var"

Son günlər Mədən Sənayesində Şəffaflıq Təşkilatında baş verən proseslər, qurumun tədricən siyasiləşərək Milli Şura adlanan birliyin bir növ nəzarəti altına keçməsi vətəndaş cəmiyyəti nümayəndələrinin ciddi narazılığına səbəb olub. Əksər QHT-lər təşkilatda siyasi oyunların aparılmasını qətiyyətlə pisləyiblər. Elə "Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyi də bu mövqedədir. Birliyin sədri Niyaməddin Orduxanlı ilə söhbətimizdə Mədən Sənayesində Şəffaflıq Təşkilatının siyasiləşməsinin gələcəkdə doğuracağı mənfi fəsadlar barədə danışdıq.

Publika.az müsahibəni təqdim edir.

- Niyaməddin bəy, Mədən Sənayesində Şəffaflıq Təşkilatının siyasiləşməsi, Milli Şuranıın 6 üzvünün orada təmsil olunması sizcə nıyə hesablanıb?

- Bilirsiniz ki, Azərbaycan Respublikasının qanunlarına görə, Qeyri-Hökümət Təşkilatı siyası fəaliyyətlə məşğul ola bilməz. Bu birbaşa qadanğandır. Vətəndaş Cəmiyyətinin fəaliyyətinin hər hansı bir siyasi təşkilatın yedəyinə çevrilməsi yolverilməzdir. Bu yaxınlarda mətbuatda Mədən Sənayesində Şəffaflıq Təşkilatında keçirilən seçkilərlə bağlı QHT sədri Mehriban Vəzirin yaydığı bəyanatı oxuduq. Mehriban xanım keçirilən seçkilərdə və təşkilat daxilində baş verənləri acıqlığı ilə izah etdi ki, Milli Şuranın üzvüləri olan bir neçə adam Əli Kərimlinin tapşırıqlarını icra edir və onlar məqsədli şəkildə təşkilatın daxilində birbaşa siyasətlə məşğul olurlar. Bir sözlə , Mehriban xanın Milli Şuranı ifşa etdi. Məhz elə bu səbəbdən də Əli Kərimli təcili 3-4 nəfəri toplayaraq Mehriban xanımı Milli Şuradan xaric etdi. Bir gün belə dayana bilmədi. Bütün baş verənlər onu göstərir ki, Əli Kərimli öz siyasəti üçün qanuna da heç bir əhəmiyyət vermir. Əsas odur ki, bu cür adamları özünə işlədir.

- İddia olunur ki, Əli Kərimli bu yolla sözügedən təşkilata Dünya Bankı tərəfindən ayrılacaq maliyyə vəsaitini mənimsəməyə çalışır. Bu mümkündürmü?

- Əli Kərimlinin bu günə kimi beynəlxalq təşkilatlardan müxtəlif vasitələrlə maliyyə qoparması təcrübəsi var. Mərhum Əbülfəz Elçibəyin sağlığında Əli Kərimli həm də Almaniyanın donor təşkilatlarından "vətəndaş cəmiyyətinin inkişafı” adı altında maliyyə qazanması faktlarını deyə bilərəm. Yəni bunu AXCP-nin rəhbərliyində olan şəxslər də təsdiq edə bilər. Həmin dövrün mətbuat orqanlarını araşdırsanız , görərsiniz ki, hansı təşkilatlar vasitəsi ilə Əli Kərimli pul qazanırdı. Hətta dəqiq sizə deyə bilərəm ki, özünün ailə üzvülərinin QHT rəhbərləri kimi təqdim edilməsi və bu yolla maliyyə əldə edilməsi təcrübəsi var. Sizə bir xatırlatmanı da edə bilərəm. Yəqin ki, Əli Kərimlinin keçmiş müavini Fuad Mustafeyevi xatırlayırsınız. Bu adam vaxtilə ADİF-ə (Azərbaycanda Demokratiyanın İnkişafına Yardım Fondu) rəhbərlik edirdi. Bu Fond Əli Kərimlinin oturduğu partiyanın mərkəzi qərargahında fəaliyyət göstərirdi. ADİF-in vasitəsi ilə Əli Kərimli külli miqdarda xaricilərdən vəsait qoparırdı. Siz bu faktları həmin dövrdə Xalq Cəbhəsinin rəhbərliyndə olan şəxslərlə də dəqiqləşdirə bilərsiniz. Hətta adını çəkmək istəmədiyim indiki millət vəkilərindən biri Fuad Mustafayevin bu işlərinə görə, başına stul da vurmuşdu. Odur ki, Əli Kərimlinin dediyiniz beynəlxalq təşkilatlardan vəsait qopartmaq təcrübəsi genişdir. Və bunu mümkün hesab edirəm.

- Qubad İbadoğlunun Milli Şura üzvlərini Mədən Sənayesində Şəffaflıq Təşkilatına cəlb etməsi Kərimli-İbadoğlu ittifaqından, sövdələşməsindən xəbər verirmi?

- Əli Kərimli öz məqsədinə çatmaq üçün istənilən adamla da gizli sövdələşə bilər. Hər halda inanıram ki, Əli Kərimli Qubad İbabdoğlunun dəstəyindən də faydalanıb.

- Milli Şura üzvlərinin təşkilata üzv olması MSŞT-da ciddi etiraz yaradıb. Bu etirazlar təşkilatı nə dərəcədə parçalaya bilər?

- Etiraz edən şəxslərin arqumentləri ilə tanış oldum. Tam haqlı olaraq Əliməmməd Nuriyev baş verənlərə aydınlıq gətirdi və Koalisiyanın iclasının sabahı günü Milli Şura deyilən bir təşkilatın nümayəndəsi Oqtay Gülalıyev tərəfindən bir məktubun ortalığa çıxarıldığını bildirdi. Onun sözlərinə görə, hesabat xarakterli bu məktub Mehriban Vəzirin poçtuna da göndərilib. Mehriban xanıma göndərilən məktubda hansısa "qələbədən” danışılır. Orada həm də iddia olunur ki, guya, biz qələbə çaldıq, hakimiyyətdən 400 min manat pul almışıq və s. Bütün bunlar tamamilə iftiradır. Bu yalnız Mehriban xanıma və mənə deyil, o iclasda iştirak edənlərin hamısına atılan böhtandır. Əliməmməd bəy əgər Otaq Gülalıyev irəli sürdüyü ittihamları sübut edə bilməsə, onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini də bildirdi. Bütün bunlar onu göstərir ki, Gülalıyevin dedikləri cəfəngiyyatdan başqa bir şey olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm