Qırmızı.az
“Əlillərin hüquqları haqqında” dair Azərbaycanın ilk məruzəsi BMT-də müsbət qiymətləndirilib
Cenevrədə (İsveçrə) BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikasının ilk məruzəsi ətrafında müzakirələr aparılıb.
Publika.Az-ın məlumatına görə, məruzə ətrafında müzakirələr zamanı BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin sədri xanım María Sisternas “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində Azərbaycanda görülən işlərə dair təqdim olunan məruzənin əhatəli olduğunu, qeyd olunan tədbirlərin Konvensiya üzrə nəzərdə tutulan müddəaları əks etdirdiyini vurğulayıb.
Azərbaycan üzrə məruzəçi Martin Mvesiqvan ölkəmizin bu ilk məruzəsinin dolğun məzmuna malik olduğunu və məruzə ətrafında maraqlı müzakirələrin aparıldığını, ölkəmizdə əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərin təqdirəlayiq olduğunu bildirib.
Daha sonra Konvensiyanın müddəaları üzrə ölkəmizdə görülən işlərə dair suallar cavablandırılıb. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səslənən sualların əlilliyi olan şəxslərlə bağlı əsasən hüquqi məsələləri əhatə etdiyini bildirib və ölkəmizdə bu məsələlərin həlli ilə bağlı aparılan işləri diqqətə çatdırıb.
Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Musayev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıblar.
Digər çıxış edənlər Azərbaycanda əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğını vurğulayıblar. Səmərəli və işgüzar şəraitdə aparılan müzakirələrin sonunda nazir S.Müslümov, M. Mvesiqvan və M.Sisternas yekun nitqi ilə çıxış ediblər.
Qeyd edək ki, sessiyanın ilk günü Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, nümayəndə heyətinin rəhbəri Səlim Müslümov ötən müddətdə ölkədə əlillərlə bağlı aparılan siyasətin bu Konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər barədə geniş məruzə ilə çıxış edib.
Publika.Az
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?