• USD 1,7000 0,00% EUR 1,9995 0,00%
    • GBP 2,2935 0,00% RUB 0,0287 0,00%

195-2 Çağrı Mərkəzinə aprel ayında 1400-ə yaxın müraciət daxil olub

195-2 Çağrı Mərkəzinə aprel ayında 1400-ə yaxın müraciət daxil olub

İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə aprel ayında 1400-ə, indiyədək isə 53 minə yaxın müraciət edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi və nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub. Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, "2" düyməsini yığmaqla nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək olar. Stasionar nömrələrdən "195-2" nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>