Rusiya sərhədində yeni yol çəkilir - FOTO
Bizi izləyin

Qırmızı.az

Rusiya sərhədində yeni yol çəkilir - FOTO

Şabran rayonun Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir.

“Azəravtiyol”ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yeni yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-dən Qalaaltı kəndinə doğru salınır.

Uzunluğu 14,4 kilometr olan yol 2-4 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun olaraq yol yatağının eni 15, 20,5 və 23 metr olacaq. Hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni isə 1 m və 3,5 metr olacaq.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-Qalaaltı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində 4 ədəd yol ötürücüsünün tikintisi nəzərdə tutulub. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-də yol qovşağı, mövcud su kəməri üzərində yol ötürücüsü, yolun 6,9 km-də mövcud Şimal İxrac Neft Boru kəməri üzərində yol ötürücüsü, və 11,2 km-də Siyəzən-Qalaaltı avtomobil yolunun üzərində yol qovşağıdır.

Qeyd edək ki, sözügedən yolun salınması həmin ərazidə turizmin və kənd təsərrüfatının inkişafına, yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm