Yanan məktəbdə dərslər dayandırıldı
Bizi izləyin

Qırmızı.az

Yanan məktəbdə dərslər dayandırıldı

Bu gün saat 09.10 radələrində Bakı şəhərində yerləşən Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbdə baş vermiş yanğın hadisəsindən sonra məktəbdə dərslər dayandırılıb.

Bu barədə Publika.az-a məktəbdən məlumat verilib.

“Yanğın hadisəsi ilə bağlı şagirdlər hamısı evə buraxılıb. Yanğın ibtidai siniflərin tədris aldığı korpusda baş versə də, digər korpusa da keçib. Ona görə də, bütün sinif şagirdləri evə buraxılıb. Sabah isə məktəbdə dərslər bərpa ediləcək.

İlkin məlumata görə, yanğın dəhlizdə şitlərin qısa qapanmasından baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının baş vermə səbəbini araşdırır”- deyə məlumatda bildirilib.

Qeyd edək ki, yanğın nəticəsində xəsarət alan və ya zəhərlənən olmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm