“Azərsu”nun qiymət oyunu: Günahkar kimdir?
Bizi izləyin

Qırmızı.az

“Azərsu”nun qiymət oyunu: Günahkar kimdir?

Tarif Şurasının bu yaxınlarda suyun qiymətini artması ilə bağlı qərarından sonra "Azərsu"nun smart kartlarına pul yükləmək istəyən bir sıra vətəndaşlar problemlə üzləşiblər.

Biz də "Bizim araşdırma" layihəmiz çərçivəsində mövzunu araşdırmağa çalışdıq.

Publika.az xəbər verir ki, yeni qiymətlər mayın 16-da qüvvəyə mindiyindən bəzi abunəçilər mayın 13-dən etibarən smart kartlara pul yükləmək istəsələr də, bu alınmayıb. Çünki "Azərsu" ASC bunun qarşısını almaq üçün bütün kartlara blok qoyub.

Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançası küçəsi 13 ünvanında yaşayan Urfan Vahabov mayın 15-də 0518300211360 abuna nömrəsi olan "Azərsu"nun smart kartına 18 manatlıq balans yükləyib. Lakin bu pulun cəmi 2 manatı kartın balansına köçüb. Pulun 16 manatı isə balansa köçməyib. O, dərhal "Azərsu"nun "Qaynar xətt"inə müraciət edib.

"Qaynar xətt"dən isə şikayətçiyə "ASAN" Xidmətə müraciət etməyi məsləhət görüblər. "Azərsu"nun "ASAN" Xidmətdəki nümayəndəsi ona bildirib ki, mayın 16-dan suyun qiyməti bahalaşdığından "Azərsu" abonent kartlarına məhdudiyyət qoyub: "Sabah yenə gəlin, karta yeni tariflə pul yükləyək". Vətəndaşın "Nə üçün karta yüklədiyim pul mayın 16-da qüvvəyə minən yeni qiymətlərlə hesablanmalıdır?" – sualına heç kim cavab vermək istəmir.

Digər şikayət isə Yasamal rayon sakini Nizami Kəngərlidəndir. O, mayın 14-də "E manat" sistemi vasitəsilə "Azərsu"nun abunə kodu 0706600610210 olan smart kartına 50 manat pul yükləmək istəsə də, buna nail olmayıb. Bütün bunlar bir yana, vətəndaş iki gün müddətində susuz qalıb. O, üzləşdiyi problemlə əlaqədar həm "Azərsu" ASC-nin rayon qurumuna, həm də "Qaynar xətt"ə müraciət edib. Lakin zəng etdiyi telefon nömrələri və "Qaynar xətt"dən ona cavab verən olmayıb. Nə üçün sistem məhz bu günlərdə qəsdən işləməyib?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, son günlər "Azərsu" ASC-nin bu cür qeyri-adi addımından şikayət edənlər çoxalıb: "Mən bu məsələ ilə bağlı "Azərsu" əməkdaşları ilə danışdım. Dedilər ki, Eyyub müəllim, Tarif Şurasının məlum qərarının qüvvəyə minməsinə 3 gün qalmışdı. Belə olduqda vətəndaşlar vaxtdan istifadə edib kartlarına bir neçə ton suyun da pulunu yükləyə bilərdilər. Ona görə də, bu addımı atdıq. Onlar bəhanələrini bununla əsaslandırdılar ki, benzinin qiymətinin artacağını eşidən bütün sürücülər dərhal avtomobillərinin yanacaq çənini doldurur, üstəlik əlavə benzin də alırlar".

Eyyub Hüseynovun qənaətincə, bu məsələdə Tarif Şurasının da günahı var: "Zənnimcə Tarif Şurası düz addım atmayıb. Gərək bu qurum elə edəydi ki, belə xoşagəlməz vəziyyət yaranmayardı. Məsələn, suyun qiymətinin artımını bir gün əvvəl də elan etmək olardı".

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm