Gürcülərin “Ürəyi” - Qulinin Tiflis arzusunun səbəbi
Bizi izləyin

Qırmızı.az

Gürcülərin “Ürəyi” - Qulinin Tiflis arzusunun səbəbi

İyirmi ildən çoxdur ki, kriminal aləmdə “Quli” (gürcü dilindən tərcümədə “ürək”) ləqəbi ilə məşhur olan əfsanəvi qanuni oğru Nadir Səlifov həbsdən azad oluna bilmir. İyirmi il öncə Quli cinayət törədib. Həmyaşıdları, özü kimi oğru həqiqəti və ədaləti nəzəriyyəsinə aludə olmuş gənc romantiklərlə birlikdə türməyə düşüb. Sovet folkloru qanuni oğrularla bağlı mahnı da qoşmuşdu: “Onların həyatı romantikdir, fəqət qısadır”.

Avropa.info xəbər verir ki, Quli özü də heç vaxt beynəlxalq kriminal aləmlə əlaqələrinin olduğunu gizlətməyib və uzun illər cinayətkar aləmdə tacını qoruyub saxlayıb.

Ancaq hər bir cinayətin müəyyən müddətə cəzası var və bu cəza çəkildikdən sonra məhkum, kimliyindən asılı olmayaraq, azadlığa buraxılır. N.Səlifov da onu məhkumluğa aparan ilk cinayətin cəzasını çəkib - o, xüsusilə ağır cinayətlərdə, o cümlədən qətldə, mütəşəkkil cinayətkar qrup yaratmaqda və quldurluqda ittiham olunub. Qulini 15 il müddətinə azadlıqdan məhrum etmişdilər. Ona qarşı irəli sürülən ittihamlarla razılaşmış, bu cinayətləri törətdiyini inkar etməmişdi, sonuna qədər də cəzasını çəkmişdi.

Lakin 2005-ci ildə onu başqa bir cinayətdə - həbsxana ərazisində qızları zorlamaqda ittiham etdilər. Həmin dövrdə bu, olduqca böyük rezonans yaratdı və əslində, ictimaiyyətin və medianın diqqəti də o zaman Qulinin şəxsiyyətinə yönəldi. İddialarda həm də bildirilirdi ki, kriminal avtoritet kimi titulunu qoruyan Lotu Quli belə bir cinayət törədə bilməzdi.

Amma bütün hallarda həddən artıq təzadlı və sirli ittiham - mütəmadi olaraq həbsxana koloniyasına onun yanına gələn (?) müxtəlif qızları zorlamaq ittihamı - məhkəmə tərəfindən qəbul edildi və Lotu Qulinin cəzası artırıldı. Bu dəfə o, 16 il müddətinə azadlıqdan məhrum edildi.

İndi isə bu kriminal avtoritetin yeni mübarizəsi başlayıb. Azadlığa çıxmağa ümidini itirmiş N.Səlifov qəfildən aşkar etdi ki, onu 1995-ci ildə sovet pasportu ilə tutublar. Quli isə Gürcüstanda anadan olub, orada da məktəbi bitirib. Ordaca ilk pasportunu alıb, sonradan isə Azərbaycana gəlib.

Quli anlayır ki, onun son şansı qalır: Gürcüstana ekstradisiyaya nail olmaq və orda azadlığa çıxmaq.

Və 2014-cü ildən başlayaraq, N.Səlifovun müdafiəsi onun Gürcüstana ekstradisiyasında israr edir, digər tərəfdən, rəsmi Tiflis də onu öz vətəndaşı kimi tanıyıb.

2014-cü ilin dekabr ayının 4-də Gürcüstan Ədliyyə Nazirliyi Nadir Səlifovun Gürcüstanla hüquqi əlaqəsi barədə xüsusi qərarla çıxış edir.

Qərarda deyilir: “Gürcüstan vətəndaşlığı haqqında” Gürcüstanın üzvi qanununa və prezidentin 10 iyun 2014-cü il tarixli 237 saylı “Gürcüstan vətəndaşlarının məsələlərinin təsdiqi və baxılması haqqında” fərmanın müvafiq olaraq, Nadir Səlifovun Gürcüstanla hüquqi əlaqənin yaradılması ilə bağlı 1000409179 saylı 4 dekabr 2014-cü il tarixli ərizəsinə baxılıb.

İşə baxış zamanı müəyyən edilib ki, Gürcüstanın “Gürcüstan vətəndaşlığı haqqında” üzvi qanununun 30-cu maddəsinə və agentlikdə aşkarlanmış və təqdim edilmiş sənədlərə əsasən, 28.08.1972-ci il təvəllüdlü Səlifov Nadir Gürcüstan vətəndaşı hesab edilir”.

Beləliklə, 2014-cü ildə Gürcüstan rəsmən N.Səlifovun Gürcüstan vətəndaşı olduğunu təsdiq edib. Maraqlıdır, bəs bu qərar Azərbaycanın dövlət idarələri tərəfindən necə qarşılanıb?

Azərbaycanın Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri üzrə idarənin rəis müavini Cəmil Hüseynovun, demək olar ki, gürcü hökuməti ilə eyni vaxtda, 2014-cüilin dekabr ayının 8-də N.Səlifovun vəkilinin sorğusuna verdiyi cavabda yazılır: “Sorğunuza Dövlət Miqrasiya Xidmətində baxılmışdır. Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli “Vətəndaşlıq haqqında” Qanununa müvafiq olaraq müəyyənləşdirilmişdir ki, Nadir Səlifov Azərbaycan Respublikasının vətəndaşı deyil”.

Belə, demək, N.Səlifovun Azərbaycan vətəndaşı olmadığı təsdiqlənirdi. Qalırdı N.Səlifovun arzusu – təcili olaraq Gürcüstana köçürülmək.

Ancaq gözlnilmədən, 2016-cı il 30 martda Ədliyyə Nazirliyi il yarım öncəki rəsmi açıqlamasını təkzib edərək, Gürcüstanın sorğusuna cavabda vurğulayır: “Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli “Vətəndaşlıq haqqında” Qanununa müvafiq olaraq, Nadir Səlifov Azərbaycan vətəndaşıdır”.

Qəribədir, deyilmi? Azərbaycanın Ədliyyə Nazirliyi Dövlət Miqrasiya Xidmətinə diametral əks mövqe nümayiş etdirir…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm