• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

119 nəfər qızılca və məxmərəyə qarşı vaksinasiya edilib

119 nəfər qızılca və məxmərəyə qarşı vaksinasiya edilib

Bu il aprelin 25-30-da Səhiyyə Nazirliyinin 13.04.2016-cı il tarixli 27 saylı “Respublikada İmmunlaşdırma həftəsinin keçirilməsi barədə” əmrinə əsasən Respublika ərazisində İmmunlaşdırma həftəsi keçirilib.

Səhiyyə Nazirliyindən Publika.az-a bildirilib ki, immunlaşdırma həftəsi ərzində hər hansı səbəbə görə milli peyvənd təqviminə müvafiq immunlaşdırmadan kənarda qalan uşaqlar profilaktik peyvəndlərə, o cümlədən, qızılca və məxmərək xəstəliklərinin eliminasiyası tədbirlərinin gücləndirilməsi məqsədi ilə peyvənd almayan böyük yaşlı əhali arasında da immunlaşdırma aparılıb.

Ümumilikdə ölkə üzrə İmmunlaşdırma həftəsi ərzində vərəm əleyhinə BCG vaksini ilə 326, difteriya, göyöskürək və tetanus əleyhinə GDT vaksini ilə 1439, difteriya-tetanus əleyhinə DT vaksini ilə 1356, poliomielit əleyhinə OPV vaksini ilə 4145, qızılca, məxmərək və epidemik parotit əleyhinə QPM vaksini ilə 2718, hepatit əleyhinə Hep ”B” vaksini ilə 175, beşvalentli GDTHibHepB vaksini ilə 3100, 10-valentli konyuqasiya olunmuş pnevmokok vaksini ilə 2555 və A vitamini ilə 1712 uşaq əhatə olunub.

Eyni zamanda immunlaşdırma həftəsi ərzində böyük yaşlı əhali arasında qızılca və məxmərək əleyhinə QM vaksini ilə 119 nəfərə vaksinasiya aparılıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>