Hepatit B və C pulsuz müayinə ediləcək
Bizi izləyin

Qırmızı.az

Hepatit B və C pulsuz müayinə ediləcək

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) pulsuz Hepatit B və C müayinələrinin təşkilinə başlanılıb.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumatda bildirilib ki, qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan Hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb.Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.

RMDM-də aparılacaq əhalinin pulsuz müayinəsi zamanı sağlamlığının düşünən hər bir kəs iştirak edə bilər. Bir ay müddətində davam edəcək müayinələrdən keçən şəxslər xaricdə təhsil alan həkim-hepatoloqun konsultasiyasına və həkim tərəfindən təyin olunan laborator müayinələrinə 20% endirimdən də faydalana biləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm