Azərbaycandan aparılan 18 ton süd saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Azərbaycandan aparılan 18 ton süd saxlanıldı

Azərbaycandan Rusiyaya aparılan 18 tondan çox süd və süd məhsulu saxlanılıb.

Bu barədə Rusiyanın fitosanitariya və baytarlığa nəzarət xidməti - “Rosselxoznadzor” idarəsinin rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, "Rosselxoznadzor"un Moskva şəhəri üzrə idarəsinin əməkdaşları paytaxt, eləcədə Moskva və Tula vilayətlərində sertifikatı yanlış rəsmiləşdirilmiş 18 tondan çox süd məhsulunu Tula ərazisində saxlayıb.

"Moskva şəhəri Federal Xidmətin İdarəsi Azərbaycandan daxil olan 18.7 ton dəyərində süd məhsullarının rəsmiləşdirilməsi prosesini dayandırıb", - deyə məlumatda deyilir.

Məlumatda o da qeyd edilib ki, baytarlıq yoxlamasının keçirilməsi vaxtı təyin edilib ki, məhsulları saxlanılan şəxsin təqdim etdiyi sənədlər xüsusi blankda yox, adi kağızda "rəsmiləşdirilir". Onun üzərində xüsusi nişanlar da yoxdur.

Hazırda həmin məhsullar saxlanma kamerasına yerləşdirilib.

Mart ayında Rusiya Federasiyasının “Rosselxoznadzor”u Azərbaycan məhsullarına qarşı "müharibəni" davam etdirib. Federal Xidmətin Dağıstan Respublikası üzrə idarə heyəti Azərbaycandan Rusiya ərazisinə aparılan, ümumi çəkisi 58 ton olan qoz, alma və pomidor məhsullarını saxlayıb.

Bundan öncə də Rusiya Azərbayacan tərəfini qadağan edilən türk məhsullarını öz adı ilə ölkəyə gətirməkdə ittiham etmişdi.

Hələ yanvar ayında Azərbaycanın 1 ay ərzində ixracatı 5 dəfə artırması Rusiyada şübhə yaradıb. “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert “İnterfaks” agentliyinə açıqlamasında bildirib ki, Türkiyə bitki məhsullarının Rusiyaya idxalına qoyulan qadağaya riayət edilməsi ilə bağlı Azərbaycan və İranın öhdəliklərinin yoxlanılması zamanı müəyyən olunub ki, yanvar ayında Azərbaycan Rusiyaya pomidor ixracının səviyyəsini 5 dəfə artırıb”. (anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm