Təbii fəlakət Daşkəsəni bu günə qoydu - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Təbii fəlakət Daşkəsəni bu günə qoydu - FOTOLAR

Axşam saatlarında respublikanın bir sıra ərazilərində müşahidə olunan edilən güclü külək, leysan yağışları və dolu bir sıra fəsadlar yaradıb. Ağdam, Şəmkir, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında aqrar sektora ciddi ziyan dəyib. Sosial obyektlərin və fərdi yaşayış evlərinin dam örtükləri sıradan çıxıb.

Şəmkir Rayon İcra Hakimiyyətindən Publika.az-a bildirdilər ki, hava şəraiti ilə əlaqədar rayon mərkəzində və kəndlərdə ağaclar qırılıb, bir neçə evin dam örtüyü zədələnib, ev uçqunu olmayıb.

“Axşam saatlarında elektrik enerjisinin verilişində problem yaranıb. Fətəlli kəndində isə kartof sahələrinə ziyan dəyib. Artıq dəymiş ziyan müəyyən qədər aradan qaldırılıb, elektrik enerjisinin verilişi bərpa edilib. Yaradılmış xüsusi komissiya dəyən zərəri hesablayır”- deyə İcra Hakimiyyətindən bildirilib.

Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənovun sözlərinə görə, hava şəraiti ilə əlaqədar 5 kənddə təsərrüfat sahələrinə ziyan dəyib:

“Rayonun Kürən, Alakol, Yanıqlı, Əhmədabad, Həsənli kəndlərində bir neçə evin dam örtüyünə, tütün və kartof sahələrinə ziyan dəyib. Həmçinin yol təsərrüfatı da zərər görüb. Fəsadlar aradan qaldırılır. Yaradılmış xüsusi komissiya dəyən zərəri hesablayır”.

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev 3 kənddə kartof sahələrinin zərər gördüyünü deyib:

“Rayonun Novo-Saratovka, Qara Məmmədli, Böyük Qaramurad kəndlərində dolu kartof sahələrinə zərər vurub. Güclü külək rayon mərkəzindəki avtomobil məktəbinin dam örtüyünü atıb. Hazırda kəndlərə dəyən zərər araşdırılır”.

Daşkəsən Rayon İcra Hakimiyyətindən bildirildi ki, ötən gün saat 18.00 radələrində baş vermiş təbii fəlakət, yağış və dolu ilə müşayiət olunan güclü külək nəticəsində Daşkəsən şəhərinin 10-dan artıq yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə ziyan dəyib.

“1 nəfər şəhər sakininin fərdi minik avtomobilinin üzərinə ağac aşması nəticəsində avtomobil yararsız hala düşüb. Baş vermiş təbii fəlakət barədə aidiyyəti üzrə qurumlara məlumatlar verilib. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür”.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımovun sözlərinə görə, yağan güclü dolu Qaradağlı, Əfətli, Zəngişalı, Çəmənli, Qərvənd inzibati ərazi dairələrinin kəndlərində bir sıra fəsadlar törədib.

“Dolu düşən ərazilərdə taxıl zəmilərinə, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına xeyli ziyan dəyib. Rayon fövqəladə hallar komissiyasında təsərrüfatlara dəyən ziyan müəyyənləşdirilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm