Azərbaycanda istirahət mərkəzlərindən qiymət endirimi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda istirahət mərkəzlərindən qiymət endirimi

“Azərbaycanda turistlərin diqqətini çəkən məkanlar dünyanın bir çox turizm ölkələrindən, o cümlədən Antalyadan çoxdur”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin direktoru, “Synergy Hospitality” şirkətinin baş meneceri Turqay Arı bildirib.

O, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə çalışdıqlarını söyləyib: “Hazırda bizim əsas məqsədimiz Azərbaycanda turizm sahəsini inkişaf etdirmək və ölkəyə turist axınını təmin etməkdir. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Türkiyədən gələn peşəkar turizm menecerləri ilə çalışırıq. Əminəm ki, yaxın illərdə də Azərbaycanda da bu sahə Türkiyədə olduğu kimi əsas gəlir gətirən sahələrdən birinə çevriləcək”.

Turqay Arı qeyd edib ki, rəhbəri olduğu “Qalaaltı Hotel & SPA” və “Chinar Hotel & Spa Naftalan” sağlamlıq və istirahət mərkəzlərində hazırda sərfəli qiymət endirimləri həyata keçirilir: “Hazırda dövlətin tövsiyəsi ilə qiymətlərdə endirim siyasəti aparırıq. Əsas istəyimiz odur ki, Azərbaycan daxilində olan hər bir insan da turizm xidmətlərindən faydalansın. Ona görə də qiymətlərdə 15-20 faiz endirimlər edilib”.

Turqay Arı qarşıdan gələn Formula 1 Avropa Qran Prisi və IV İslam Həmrəyliyi Oyunları ilə bağlı da turistlər üçün hazırlıq işlərinə başlanıldığını söyləyib: “Formula 1 Avropa Qran Prisi və IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar görüşlər keçiririk. Bununla bağlı kooperativ müqavilələr hazırlanır. Yəqin ki, yaxın vaxtlarda bu müqavilələr imzalanacaq və əməkdaşlığımız davam edəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm