Əskişəhərdə Qarabağ və Gəncə prospektləri - FOTO
Bizi izləyin

Qırmızı.az

Əskişəhərdə Qarabağ və Gəncə prospektləri - FOTO

Türkiyədə, Əskişəhərdə Qarabağ və Gəncə adı verilən prospektlərin təntənəli açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, tədbir Davulqa Bələdiyyəsi, Əskişəhər Azərbaycanlılar Dərnəyi və Emirdağ Kültür və Sənət Dərnəyinin birgə əməkdaşlığı ilə baş tutub.

Açılış mərasimi türk dünyasında həyatını itirən şəhidlər və terror qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, İstiqlal Marşı və Azərbaycan Dövlət Himinin səsləndirilməsi ilə davam edib.

Açılışda Davulqa Bələdiyyəsinin sədri Salih Gündoğan, Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın və başqaları çıxış edərək, iki dövlət arasında möhkəm dostluq, qardaşlıq münasibətlərindən danışıb, bu münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini qeyd ediblər.

Təntənəli mərasimdə Türk və Azərbaycan folklorundan nümunələr, milli musiqi və rəqslər ifa olunub. Xatirə hədiyyəlləri və plaketlərindən təqdimatından sonra prospektin açılışı həyata keçirilib də qırmızı lent kəsilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm