• USD 1,7001 0,00% EUR 2,0087 +0,12%
    • GBP 2,2277 -0,86% RUB 0,0296 0,00%

"Zika" Azərbaycan üçün təhlükəlidirmi?

"Zika" Azərbaycan üçün təhlükəlidirmi?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızdırma və xəstəliyə səbəb olan "Zika" virusunun yayılma təhlükəsi haqda xəbərdarlıq edib. Bu virus Qara dəniz sahillərində, Rusiyada, Gürcüstanda, tanınmamış Abxaziya Respublikasında və bir sıra Avropa ölkələrində, ilk növbədə isə Balkan yarımadasında ağcaqanad vasitəsilə yayılır.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, "Zika" virusuna yoluxmuş yüksəkriskli bölgələr Qara dəniz sahilində yerləşən Rusiyanın Krasnodar diyarı, Abxaziya da daxil olmaqla, Gürcüstan və Portuqaliyanın Atlantik okeanda yerləşən Madeyra adasıdır. Nisbətən az yayıldığı ərazilər isə Balkan yarımadası və Türkiyədir. Virus adıçəkilən bölgələrdə yaşayan "Aedes" ağcaqanadları vasitəsilə yayılır. Virus "Aedes aegypti" növündən olan ağcaqanadlar vasitəsilə yayılır.

Xəstəlik bu qədər yaxınlığımıza gəlmişkən, Respublikada vəziyyət necədir?

Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova Publika.az-a bildirib ki, bu virusun Azərbaycanda yayılması ilə bağlı heç bir təhlükə yoxdur.

“Bu xəstəlik Qara dəniz bölgəsi üçün xarakterikdir. Bu virusu yayan ağcaqanaq da həmin bölgədə yayılıb. Xəstəliyin xarici vətəndaşlar tərəfindən ölkəmizdə gətirilməsinə gəldikdə, belə bir fakt hazırda yoxdur. Əgər belə hal müşahidə edilərsə, ona qarşı da tədbirlər görüləcək. Xəstəliyin insandan-insana keçmə təhlükəsi yoxdur. Bu əsasən, hamilə qadınlar üçün təhlükəlidir. Azərbaycanda isə belə ağcaqanadlar yoxdur. Yəni xəstə insan ölkəmizə gəlsə belə, onun yayılması ehtimalı yoxdur”.

R.İsmayılova bildirib ki, Respublika Taun Əleyhinə Stansiyada laboratoriya tam hazır vəziyyətə gətirilib. Xəstəliyin müayinəsi üçün bütün hazırlıqlar görülüb.

Qeyd edək ki, xəstəlik doğulmamış – ana bətnindəki uşaqlar üçün dəhşətli dərəcədə təhlükəlidir. Virus sayəsində mikrosefaliya baş verir, yəni dölün beyni və kəlləsində balacalaşma gedir, bu da əqli geriləməyə səbəb olur.

"Zika" virusu ilk dəfə Şərqi Afrikada, Uqandada 1947-ci ildə meymunlarda aşkar edilib. Xəstəliyin insana yoluxması faktı da elə Şərqi Afrikada, Nigeriyada 1954-cü ildə qeydə alınıb.Onilliklər ərzində virus Afrika və Asiya ölkələrində, daha sonra Sakit Okean adalarında dövr etsə də, təlaş yaratmayıb.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>