• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

Bakıda 200-ə yaxın şagird təhsilini tam bitirə bilmədi

Bakıda 200-ə yaxın şagird təhsilini tam bitirə bilmədi

Bakıda əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün keçirilən eksternat qaydasında imtahanlarda 198 şagird uğur qazana bilməyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şəxslər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanların nəticələri açıqlanıb. Eksternat imtahanlarında iştirak etmək üçün 533 nəfər qeydiyyatdan keçib. Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutmuş imtahanda 506 nəfər iştirak edib.

Ümumu orta təhsil səviyyəsi üzrə keçirilən eksternat qaydasında imtahanlarda 67, tam orta təhsil səviyyəsi üzrə keçirilən imtahanlarda isə 241 nəfər uğur qazana bilib. Ümumilikdə imtahanda iştirak edənlərin 308-i uğur qazanıb.

Qeyd edək ki, ekstern imtahanlarında il məhdudiyyəti qoyulmadan istənilən şəxs iştirak edə bilər. Eksternlər ümumi orta təhsil səviyyəsi üzrə Ana dili, Fizika, Kimya, Riyaziyyat, Coğrafiya, Azərbaycan tarixi, Biologiya, İqdisadiyyatın əsasları, Ümumi tarix, Xarici dil, İnsan və cəmiyyət, Ədəbiyyat və Konstitusiyadan, tam orta təhsil təhsil səviyyəsi üzrə isə Ana dili, Xarici dil, İnsan və cəmiyyət, Ədəbiyyat, Ümumi tarix, Azərbaycan tarixi, İqdisadiyyatın əsasları, Kimya, Fizika, Riyaziyyat, Biologiya, Coğrafiya, Astronomiyadan imtahan verəcəklər.

Hər iki təhsil proqramı üzrə rus bölməsinin eksternləri 1 fənn artıq - Azərbaycan dilindən imtahan veriblər. Eksternlərə hər fənn üzrə 10 sual təqdim edilib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>