"Dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birincidir"
Bizi izləyin

Qırmızı.az

"Dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birincidir"

“Dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birinci yerdə duru

“Dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birinci yerdə durur. Belə siyahının tam dəqiqliyinə inanmasam da, paytaxtın hər bir sakini təsdiqləyə bilər ki, Bakı ekoloji cəhətdən yaşanmalı, çox da komfortlu məkan deyil”.

Publika.Az xəbər verir ki, bu barədə deputat Elmira Axundova Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, yeni doğulan uşaqların demək olar ki, hamısının allergik xəstəliklərə düçar olması buna əyani sübutdur: “İki il bundan əvvəl atmosferə buraxılan tullantıların həcmi 957 min ton təşkil etdirdi.

Bunların da 742 milyon tonu nəqliyyat vasitələrinin payına düşür. Yəqin ki, indi bu rəqəm daha da artıb”. E. Axundova qeyd edib ki, köhnə avtomobillər ekologiyaya böyük ziyan vurur. “Fikir verin, keçən il ölkəyə idxal olunmuş avtomobillərin 50 mini işlənmiş maşınlardır.

Mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin istismarını qəti şəkildə qadağan etmək mümkün deyil. Çünki bununla bağlı hüquqi baza yoxdur. Bununla belə, problemin həlli yolunu tapmaq mümkündür. Bunun üçün avtomobilləri müsadirə etmək və Avro-4 standartlarına uyğun avtomobillər alınması üçün vətəndaşlara güzəştli kreditlər vermək lazımdır.

Bilirəm ki, bu maliyyə tələb edən problemdir. Amma bunu icra etməsək, Avro-4-ə keçidi uğurla həyata keçirmək mümkün olmayacaq. Müsadirə olunan avtomobilə görə, kompensasiya ödənilməsi təcrübəsi artıq Rusiya mövcuddur. İkinci məsələ isə bu cür avtomobillər üçün poliqonların təşkil olunması və həmin avtomobillərin utilizasiyasıdır. Hər il orta hesabla 200-300 avtomobil utilizasiyaya göndəriləcək.

Amma bu gün bir dənə də olsun poliqonumuz yoxdur”. Deputat bildirib ki, Avro-4-ə keçidi elan etməklə məsələ həll olunmur. Onun fikrincə, bu məsələlərin həlli üçün tədbirlər planı hazırlanmalıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm