Əhalinin pulsuz onkoloji müayinəsi keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Əhalinin pulsuz onkoloji müayinəsi keçiriləcək

Mayın 26-27-də Milli Onkologiya Mərkəzinin mütəxəssisləri 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhalinin onlokoloji müayinəsini keçirəcək.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, müayinələr ixtisaslaşmış onkoloqlar tərəfindən Səyyar Diaqnostika Kompleksi vasitəsi ilə keçiriləcək.

Səyyar Diaqnostika Kompleksinin əsəs məqsədi skrininq, şişönü və şiş xəstəliklərinin erkən aşkar edilməsidir. Kompleksin əsas vəzifəsi Azərbaycanın müxtəlif bölgələrində əhalini təmənnasız olaraq müayinələrdən keçirməkdir. Skrininq zamanı müraciət edənlər müxtəlif növ müayinələrdən keçir, hər hansı patologiya aşkar olunduqda həmin xəstələr müvafiq profilli xəstəxanalara göndərilir. Profilaktik müayinələrin şiş xəstəliklərinin erkən aşkar edilməsində, vaxtında düzgün müalicə olunmasında ölüm faizinin azalmasında böyük rolu var.

Kompleksin tərkibində 1 mammoqraf, 1 rentgen aparatı, 1 ultrasəs aparatı vardır. Kompleksdə ginekoloji baxış, ultrasəs müayinəsi, döş qəfəsinin rentgenoskopiyası, süd vəzlərinin mammoqrafiyası müayinələri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm