“The Business Year” jurnalının xüsusi buraxılışının təqdimatı keçirilir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“The Business Year” jurnalının xüsusi buraxılışının təqdimatı keçirilir - FOTOLAR

Bu gün Bakıda Prezident Administrasiyasının və “The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan 2016” xüsusi buraxılışının (“The Business Year-Azerbaijan 2016”) təqdimat mərasimi keçirilir.

Publika.az xəbər verir ki, təqdimat mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən nəşrin regional direktoru Betül Çakaloğlu jurnalın “The Buisness year: Azerbaijan-2016” xüsusi buraxılışı haqqında ətraflı məlumat verib.

O bildirib ki, son illər Azərbaycanda bş verən dinamik inkişaf bir çox dünya mediaları kimi, “The Business Year” jurnalının da böyük marağına səbəb olub:

“Budəfəki nəşrdə Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə əldə etdiyi böyük nailiyyətlər öz əksini tapıb”

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, bu gün keçirilən tədbir böyük əhəmiyyətə malikdir:

“Azərbaycanın səlnaməsini 6 ildir ki, formalaşdıran, sənədləşdirən bu jurnalın tədimatında iştirak edirik. Jurnal sözün həqiqi mənasında çox tarixi funskiyanı yerinə yetirir. Buna görə də biz jurnalın təsisçilərinə öz təşəkkürümüzü bildiririk. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın inkişaf konsepsiyasının əsasını qoyanda bu günlərdə həmin anların reallaşacağını bilirdi. Bu gün Azərbaycan dünyada beynəlxalq normalarının həyata keçirilməsini öz gücü, fəaliyyəti ilə sübuta yetirib. Azərbaycan 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etdi və gözəl nümunələrini ortaya qoydu. Daha sonra Azərbaycan ilk Avropa Oyunlarına peşəkarcasına ev sahibliyi nümunəsini ortaya qoydu. Bütün bu işlərin sayəsində bu gün Azərbaycana qiymət verilir”.

Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycan bir sıra transmilli layihələrə dəstək verir, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin həyata keçirilməsində aktivlik göstərir:

“Biz bu və ya digər istiqamətlərdə fəaliyyətimizi davam etdirmək əzmindəyik”.

Prezidentin köməkçisi söyləyib ki, Azərbaycan dünyada sülhün bərqərar olmasına dəstək verir, beynəlxalq hüquq normalarının həyata keçirilməsində mühüm addımlar atır:

“Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bilirsiniz ki, Avropa Oyunları Azərbaycanda keçirilib. Bundan başqa, bir sıra digər beynəlxalq tədbirlər də keçirilib.

Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Biz bu istiqamətdə fəalliyətimizi davam etdirmək niyyətindəyik.

Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə dəstək göstərir”.

Ə.Həsənov deyib ki, siyasətçilərin işi tarixi yaratmaqdır:

“Media təmsilçilərinin işi isə həmin yaradılmış tarixin salnaməsini yaratmaq və gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Bu anlamda “The Business Year” jurnalı xüsusi xidmət göstərdiyindən biz ona təşəkkür etməliyik. Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın təməlini qoyanda, onun müasir inkişafının konsepsiyasını, strategiyasını və inkişaf yollarını müəyyən edəndə əlbəttə bu günü görürdü. Əminəm ki, o bilirdi ki, zaman gələcək dünyanın aparıcı iqtisadiyyat jurnalı olan “The Business Year” jurnalı Azərbaycana 6 nömrə həsr edəcək. Jurnalın hər bir nömrəsində həmin ilin bütün sahələri əhatə edən inkişaf salnaməsi yaradılıb. 2013-cü ildə Azərbaycan prezidenti İlham Əliyev dünyada ilin prezidenti seçilmişdi və “The Business Year” jurnalı tərəfindən bu mükafat təqdim edilmişdi. Bilirsiniz ki, 2012-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi və sülhün, tərəqqinin, dünyada dövlətlər arasında münasibətlərin inkişafına öz töhfəsini vermişdi. Azərbaycan dünyada beynəlxalq hüququn normalarının daha dolğun tətbiqi və beynəlxalq hüququn normalarının həyata keçirilməsdinə öz fəaliyyəti ilə xidmət göstərir.

Müxtəlif enerji, sosial, idman və s. irimiqyaslı layihəlıərin təşəbbüskarı olan İlham Əliyev jurnal tərəfindən "Dünyada İlin Adamı" mükafatına layiq görülüb”.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə qeyd edib ki, prezident İlham Əliyevin “Dünyada ilin adamı” elan olunması Azərbaycanda gedən islahatlar, yenidənqurma, yeni baxış, müasirlik, tərəqqi prosesinə verilən bir qiymətdir.

Tədbirdə müxtəlif sahələrdə fərqlənən rəsmi və biznes dairələri mükafatlandırılıb.

Daha sonra tədbirin bədi hissəsi başlayıb.

Xatırladaq ki, “The Business Year” jurnalının Azərbaycanla bağlı xüsusi buraxılışı artıq altıncı dəfədir nəşr olunur.

Qeyd edək ki, tədbirdə “The Business Year” jurnalının fəaliyyətindən və xüsusi buraxılışından bəhs edən videoçarx nümayiş olunub.

Sonda mükafatlandırma mərasimi keçiriləcək.

Vasif Həsənli

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm